Sosial
Qumarda pul udan qadının "hekayəsi": Ərini və evini necə itirib?
Liza Uoker adlı Böyük Britaniya sakini kazinoda qalib gəldikdən sonra qumar asılılığının inkişafından danışıb.
Publika.az xəbər verir ki, onun hekayəsini "Need To Know" nəşri paylaşıb.
Bildirilir ki, 2001-ci ildə Uoker 127.000 funt-sterlinq (210 min 270 manat) kazino cekpotu qazanıb. Daha sonra etiraf edib ki, o gün "yer üzündəki cəhənnəmin başlanğıcı" idi. Qələbəsindən ilhamlanaraq, qumara aludə olmağa başlayıb.
"Mən yorulurdum, yuxusuz qalırdım, amma yenə də ayağa qalxmaq, geyinmək və kazinoya və ya bukmekerə getmək üçün güc tapırdım", - deyə Liza qeyd edib.
Amma sonra britaniyalı qadın uduzmağa başlayıb. Borclarına görə o, müflis olduğunu elan edib, evini itirib. Onun qumar aludəliyi əri ilə münasibətlərinə də təsir etməyə başlayıb. 2018-ci ildə Uoker qəfildən anlayıb ki, toy gecəsini sevgilisi ilə keçirmək əvəzinə, qumar oynayıb.
Bu, onu kömək istəməyə məcbur edib. İndi evliliyin dağılmasına baxmayaraq, həyatı yaxşılaşıb. O, kiçik bir mənzildə yaşayır, reabilitasiyadan keçməyə davam edir.
Uolker deyib ki, qumar asılılığı çox təhlükəlidir. Qadın onu da vurğulayıb ki, indi qumara aludə olmaq əvvəlkindən daha asandır. O, buna misal kimi onlayn qumar oynlarını göstərib. Uoker insanları asan pul dalınca getməyi dayandırmağa çağırıb.
Adəm
-
Sosial14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür
-
Rəsmi xronika12:46İlham Əliyev sərəncam imzaladı
-
Sosial12:30Borc pul verənlərin nəzərinə: Ali Məhkəmədən mühüm xəbərdarlıq
-
Dünya11:34İranın bu ölkədəki səfiri öldürüldü
-
Sosial11:04Onlar da müəllim işləyə biləcək - Siyahı
-
Yaxın Şərq10:39Müctəba Xamenei “Hizbullah”a məktub yazdı: Vəd etdi ki...




































