Sosial
Qüdrət Həsənquliyev Azərbaycan xalqını təbrik etdi
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb.
Publika.az xəbər verir ki, təbrikdə deyilir:
“Əziz həmvətənlər,
“Azərbaycan xalqının 37 il öncə başlatdığı ümumxalq hərəkatının nəticəsi olaraq, müstəqilliyimizi yenidən əldə etdik. 17 noyabr, müstəqillik uğrunda mübarizəmizin dönüş nöqtəsidir. Azərbaycan xalqı milli oyanış və özünəqayıdışın nəticəsi olaraq, dövlət müstəqilliyini bərpa etdi.
Təbii ki, müstəqilliyi qorumaq, onu qazanmaq qədər çətindir.
Artıq Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam təmin edib. İşğaldan azad edilmiş ərazilərimizdə separatizmin kökü kəsilib. Uzun illər boyu münaqişəli vəziyyətdə olduğumuz Ermənistanla ilkin sülh sazişi imzalanıb. Bununla da dövlətimizin və xalqımızın qarşısında yeni hədəflər müəyyənləşib.
Əziz Azərbaycan xalqı!
Milli Dirçəliş Günü münasibətilə sizi ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı və uğurlar arzulayıram!
-
Sosial14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür
-
Rəsmi xronika12:46İlham Əliyev sərəncam imzaladı
-
Sosial12:30Borc pul verənlərin nəzərinə: Ali Məhkəmədən mühüm xəbərdarlıq
-
Dünya11:34İranın bu ölkədəki səfiri öldürüldü
-
Sosial11:04Onlar da müəllim işləyə biləcək - Siyahı
-
Yaxın Şərq10:39Müctəba Xamenei “Hizbullah”a məktub yazdı: Vəd etdi ki...




































