Sosial
Varşavada Türk Mədəni İrs Mərkəzi yaradılır - FOTO
Varşava Universitetində Türk Mədəniyyəti və İrsi Fondunun və Asiya və Afrika Mədəniyyətləri Fakültəsinin dəstəyi ilə Beynəlxalq Türkologiya Konfransı keçirilib.
Açılış mərasimində çıxış edən Fondun Prezidenti Aktotı xanım Raimkulova Avropada türk irsinə artan marağı vurğulayaraq bildirib ki, Varşava Universiteti ilə akademik əməkdaşlığın gücləndirilməsi birgə elmi layihələr üçün yeni perspektivlər açır.
Publika.az xəbər verir ki, açılışda diplomatik korpusun, eləcə də Azərbaycan, Türkiyə və Özbəkistanın aparıcı universitetlərinin nümayəndələri və türkologiya sahəsində ixtisaslaşmış alimlər iştirak ediblər.
Konfrans çərçivəsində Varşava Universiteti ilə Türk dünyasının aparıcı akademik qurumları arasında elmi mübadilənin genişləndirilməsi və əməkdaşlıq imkanlarının inkişafı məsələləri müzakirə olunub.
Xüsusi diqqəti Türk Dünyasını əks etdirən qədim Avropa xəritələrinin nümayiş olunduğu sərgi cəlb edib. Sərgi qazaxıstanlı tədqiqatçı Muhit-Ardager Sıdıknazarov tərəfindən hazırlanıb.
Səfərin çərçivəsində Varşava Universiteti nəzdində Türk Mədəni İrs Mərkəzinin yaradılması haqqında Sazişin imzalanması olub. Sənədi Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova və Universitetin prorektoru, Prof. Eva Kroqulek imzalayıblar. Sazişin şərtlərinə uyğun olaraq, türk xalqlarının mədəni irsinin təbliği, elm və təhsillə bağlı təşəbbüslərin inkişafı, interaktiv sərgilərin və seminarların təşkili, Polşada türk xalqlarına dair ictimai marağın artırılması nəzərdə tutulur.
Səfər proqramı çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Varşava Universitetinin Kitabxanasının direktoru Kristof Nierzviki ilə görüşüb. Görüşdə qədim yazılı mənbələrin tədqiqi və bərpası, birgə elmi layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Səfər çərçivəsində Fondun prezidenti Asiya və Sakit Okean Muzeyini ziyarət edib və muzeyin direktoru Yozef Zalevski ilə görüşüb. Tərəflər muzeyin türk xalqları ilə bağlı kolleksiyaları və gələcək mədəni əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar. direktoru Yozef Zalevski ilə görüşüb. Tərəflər muzeyin türk xalqları ilə bağlı kolleksiyaları və gələcək mədəni əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Türk Mədəniyyəti Fondu ilə səfərdə olan nümayəndə heyəti eləcə də Belostok şəhərinə səfər edib və burada şəhər merinin müavini Rafal Rudniki, ölkənin Müsəlman Dini İttifaqının rəhbəri və tatar icmasının lideri olan Polşanın Baş müftisi Tomasz Miskievicz ilə görüşlər keçirilib.
Tərəflər mədəniyyətlərarası dialoqun inkişafı, qədim türklərdən olan Polşa tatarları ilə əməkdaşlıq, humanitar və mədəni sahələrdə birgə layihələrin perspektivləri barədə müzakirələr aparıblar. Qeyd olunub ki, artıq 600 ildən çoxdur ki, Belostok bölgəsində tatarlar və karaimlər — türk irsinin varisləri — birgə yaşayaraq Polşanın tarixi və mənəvi mirasının ayrılmaz hissəsinə çevriliblər.
Meriyada keçirilən görüş zamanı Türk irsinin təbliğinə, ictimai təşəbbüslərin dəstəklənməsinə və mədəni mübadilənin genişləndirilməsinə yönəlmiş yeni beynəlxalq layihələrin həyata keçirilməsi barədə razılığa gəlinib.
Belostoka səfər Avropanın Türk mənşəli etnik icmaları ilə qarşılıqlı əlaqələri gücləndirməklə yanaşı, türk dünyasının Avropanın mədəni irsinə verdiyi töhfənin xüsusi önəm kəsb etdiyini də vurğulayıb.






-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR







.jpg)
.jpg)




























