Astana yeni ticarət yolu açır: Naxçıvana, oradan da birbaşa Türkiyəyə
Bizi izləyin

Nida Xəbər

Astana yeni ticarət yolu açır: Naxçıvana, oradan da birbaşa Türkiyəyə

Qazaxıstan Azərbaycan və Ermənistan üzərindən Türkiyəyə yeni ticarət yolu aça bilər.

Publika.az xəbər verir ki, bunu Qazaxıstanın iqtisadiyyat naziri Serik Jumanqarin jurnalistlərə bildirib.

Onun sözlərinə görə, marşrut Astananın Türkiyə limanlarına birbaşa çıxışını təmin edəcək.

"Hazırda biz Azərbaycan vasitəsilə Gürcüstanın Qara dəniz limanlarına gedirik. Yeni marşrut bizə Naxçıvana, oradan isə birbaşa Türkiyəyə, onun dəniz limanlarına çatmağa imkan verəcək", - nazir qeyd edib.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan rəsmi səfərlə Qazaxıstandadır.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm