Sosial
Azərbaycan və Qətər Birgə Biznes Şurasının ilk iclası keçirildi
Dohada Azərbaycan və Qətər arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın 4-cü iclası çərçivəsində Azərbaycan-Qətər Birgə Biznes Şurasının ilk iclası keçirilib.
Publika.az "Report"a istinadən xəbər verir ki, tədbir Qətərin Ticarət-Sənaye Palatasının İdarə Heyətinin üzvü Məhəmməd bin Cauhar Əl Məhəmməd və Azərbaycanın İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbəri Orxan Məmmədovun həmsədrliyi ilə keçirilib.
İclasda Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Qətərin xarici ticarət məsələləri üzrə dövlət naziri Əhməd bin Məhəmməd Əl-Səid, Qətərin Ticarət-Sənaye Palatasının sədr müavini Məhəmməd bin Tovar əl-Kuvari və digər rəsmi şəxslər iştirak ediblər.
Qətər tərəfinin həmsədri Mohamed bin Cauhar Al Mohammed qeyd edib ki, Şuranın yaradılması hər iki ölkənin iqtisadi və ticarət əlaqələrini gücləndirmək, davamlı əməkdaşlıq platforması formalaşdırmaq istəyini əks etdirir. Öz növbəsində O.Məmmədov vurğulayıb ki, Şuranın ilk görüşü Qətər-Azərbaycan münasibətlərinin inkişafında mühüm mərhələdir və bu münasibətlərin iqtisadiyyatın əsas sektorlarında tərəfdaşlıq vasitəsilə genişləndirilməsi planlaşdırılır.
K.Heydərov isə bildirib ki, Şuranın yaradılması ölkələr arasında dostluq və qarşılıqlı etimada yeni təkan verir və biznes cəmiyyətlərinə, ilk növbədə özəl sektora müsbət təsir göstərəcək. O, həmçinin vurğulayıb ki, ticarət münasibətlərinin inkişafı mexanizmlərinin təkmilləşdirilməsi üzrə danışıqlar davam edir. Bununla yanaşı, nazir Şuranın hər iki ölkənin sahibkarları arasında əlaqələrin möhkəmləndirilməsinin əsas aləti olacağına əminliyini ifadə edib.
İclas zamanı tərəflər öz ölkələrinin mövcud investisiya imkanları haqqında təqdimatlar keçiriblər. Azərbaycan nümayəndə heyəti ayrıca olaraq Ələt Azad İqtisadi Zonasına investisiyaların üstünlüklərini vurğulayıb.
İştirakçılar Biznes Şurasının Qətər və Azərbaycan arasında təcrübə mübadiləsi, kommunikasiyanın inkişafı və investisiya əməkdaşlığının genişləndirilməsi üçün bir platforma kimi rolunu vurğulayıb.
-
Sosial13:00Zabitlərin hərbi xidmət müddəti 6 ay azaldılacaq
-
Sosial12:25İtkin düşən keçmiş hərbçinin meyiti zibillikdə tapıldı
-
Magazin111:53Samirə Əfəndi erməniyə 12 xal verməsindən danışdı: Etdiyim jest... - VİDEO
-
MDB10:06Simonyanın uşaqları gecəni pilləkənlərin altında keçirdi: Ukraynaya müraciət etdi
-
Maraq dünyası09:36Türkiyədə 3 min il yaşı olan bənzərsiz çörəyin resepti tapıldı: Necə bişirilir?
-
İdman09:24Samir Abasov "Neftçi"dən bu qədər təzminat aldı
-
Dünya08:10Kiyevə kütləvi hava hücumu - Ölən və xəsarət alanlar var
-
Səhiyyə07:15Dərman almadan öncə oxuyun! - Bu fikirlər yanlışdır





























_(3).jpg)



