Sosial
FHN Xaçmazda seminar-müşavirə keçirdi - FOTO
Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin təşkilatçılığı ilə Xaçmaz şəhərində “Texniki təhlükəsizlik bizim prioritetimizdir” mövzusunda seminar-müşavirə keçirilib.
Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Seminar-müşavirə təhlükə potensiallı obyektlərin istismarı ilə məşğul olan müxtəlif sənaye müəssisələrində texniki təhlükəsizliyin təmin edilməsinin təhlili və qabaqlayıcı-profilaktik tədbirlərin görülməsi məqsədilə təşkil olunub.
Tədbirdə FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin məsul əməkdaşları, şimal bölgəsinin yerli icra hakimiyyətlərinin nümayəndələri və sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən iş adamları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Agentliyin rəis müavini İsmayıl Nəsirov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən mütərəqqi iqtisadi siyasətin əhəmiyyətindən, dövlət başçısı tərəfindən sahibkarlara, o cümlədən sənaye sahələrində fəaliyyət göstərən iş adamlarına göstərilən xüsusi diqqət və qayğıdan danışıb. Natiq çıxışında müəssisələrdə texniki təhlükəsizliyin təmin edilməsinin vacibliyini qeyd edərək bu sahədə qabaqlayıcı-profilaktik tədbirlərin görülməsinin zəruriliyini vurğulayıb.
Daha sonra Agentliyin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun Analitik informasiya, normativ texniki sənədlərin işlənməsi və patent şöbəsinin müdiri Vüqar Xəlilov sənayedə təhlükəsizliyin sistemli araşdırılması və texniki təhlükəsizliyin təmin olunmasında əsas istiqamətlər, eləcə də sənaye sahələrində texniki təhlükəsizliyin tənzimlənməsində istifadə olunan qaydalar, təlimatlar, normativ-texniki sənədlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Tədbirdə digər çıxış edənlər sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliklə bağlı mövcud problemlərdən söz açıb, bədbəxt hadisələrin qarşısının vaxtında alınması üçün zəruri olan qabaqlayıcı-profilaktik tədbirlər barədə təkliflər səsləndiriblər.
Sonra mövzu ətrafında geniş müzakirə aparılıb, suallar cavablandırılıb.
-
İdman14:07Ronaldo ilə Corcinanın toyunun vaxtı və yeri bəlli oldu
-
İdman13:55“Neftçi”də yoxlama aparıldı: Böyük yeyinti üzə çıxdı - Görün vəsait necə “yuyulub”
-
Sosial13:00Zabitlərin hərbi xidmət müddəti 6 ay azaldılacaq
-
Sosial12:25İtkin düşən keçmiş hərbçinin meyiti zibillikdə tapıldı
-
Magazin111:53Samirə Əfəndi erməniyə 12 xal verməsindən danışdı: Etdiyim jest... - VİDEO
-
MDB10:06Simonyanın uşaqları gecəni pilləkənlərin altında keçirdi: Ukraynaya müraciət etdi
-
Maraq dünyası09:36Türkiyədə 3 min il yaşı olan bənzərsiz çörəyin resepti tapıldı: Necə bişirilir?
-
İdman09:24Samir Abasov "Neftçi"dən bu qədər təzminat aldı



















.webp)

















_(3).jpg)



