İdman
"Neftçi" yeni baş məşqçini Türkiyədə axtarır: Görün namizədlər kimlərdir
"Neftçi"nin baş məşqçi postunda dəyişiklik ediləcəyi barədə məlumat vermişdik.
Publika.az-ın əldə etdiyi məlumata görə, "ağ-qaralar" Samir Abasovun yerinə yeni məşqçi axtarışlarına bir müddətdir başlayıb. Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilə zamanı paytaxt klubu boşda olan namizədlərə göz gəzdirib. Hələ o zaman qərar verilib ki, komandanın uğursuz çıxışı davam edərsə, Abasov istefaya göndəriləcək. Ona görə də hazırlıqlı olublar.
"Neftçi" rəhbərliyinin namizədlər üçün ən çox göz gəzdirdiyi ölkə Türkiyədir. Bu da əbəs yerə deyil. Klubun baş icraçı direktoru türkiyəli Cenk Sümer həmyerlilərindən birini bu posta gətirməyi düşünür. O, artıq seçimini edib.
Sümer çalışdığı "Beşiktaş"dan tanıdığı və yaxşı münasibətləri olan Abdullah Avcını komandanın "sükanı arxasına" gətirməyi düşünür. Lakin onun yüksək maaşı bu anlaşmanın baş tutmasında problem yaradır. Çünki "Neftçi"nin Müşahidə Şurası indiki halda yüksək məvacibli və təzminat məbləği yüksək olan məşqçini risk hesab edir.
Başqa bir namizəd də "Beşiktaş"ın sabiq baş məşqçisi Rza Çalımbaydır. Eyni zamanda müxtəlif ölkələrdən əcnəbi məşqçilərin namizədliyi də müzakirə edilir.
Heybət
-
Region15:45Bakıdan qayıdan erməni: Azərbaycanla sülhə qarşı çıxanlar ya əclafdır, ya da...
-
İdman15:00"Neftçi" yeni baş məşqçini Türkiyədə axtarır: Görün namizədlər kimlərdir
-
İdman14:30Arağı reklam edən erməni futbolçu İranı bir-birinə vurdu
-
Sosial12:55Azərbaycanda daha bir erkən nikahın qarşısı alındı
-
Köşə12:26Ermənini qucaqlayan Əfəndidən şəhid qəbri qucaqlayan analara hörmətsizlik
-
Rəsmi xronika12:14İlham Əliyevin 8 yaşında çəkdiyi - RƏSM
-
İdman11:42"Neftçi"nin istədiyi məşqçi Bakıya gələ bilmir: Qadağa qoyulub
-
Sosial11:09Bakının bu ərazilərində qaz olmayacaq








.webp)






.jpg)





.webp)

.jpg)





_(3).jpg)




