MDB
Moskvada namaza görə 3 nəfəri bıçaqlayan azyaşlı azərbaycanlı imiş - VİDEO
09:06
Hüseyn Hacıyev adlı azərbaycanlı Moskva ticarət mərkəzində mühafizəçini bıçaqlayaraq qaçıb.
Publika.az xəbər verir ki, bu barədə hərbi müxbir Oleq Bloxin məlumat yayıb.
"Bundan sonra Hacıyev onu saxlayan ən azı daha iki polis əməkdaşını yaralayıb", - Bloxin bildirib.
Hərbi müxbirin verdiyi məlumata görə, Moskvanın Orexovı bulvarında yerləşən ticarət mərkəzində mühafizəçi ona ictimai yerlərdə namaz qılmağı qadağan etdikdən sonra Hacıyev bıçaqla mühafizəçiyə hücum edib.
"Kişiyə bir neçə bıçaq zərbəsi vurduqdan sonra yetkinlik yaşına çatmayan cinayətkar ticarət mərkəzini tərk edib. Mühafizəçini xilas etmək mümkün olub və ona dərhal tibbi yardım göstərilib", - Bloxin qeyd edib.
Onun sözlərinə görə, polis əməkdaşları Hüseyni elə həmin gün taparaq saxlayıblar. O, həbs olunarkən müqavimət göstərərək iki zabiti bıçaqlayıb.
"Bu işin daha maraqlı təfərrüatları sonradan üzə çıxdı. Məlum oldu ki, Hacıyev biət etdiyi cihadçı İŞİD terror qruplaşmasının tərəfdarıdır və namazla bağlı insident planlaşdırılan terror aktının bir hissəsidir", - rusiyalı hərbi müxbir bildirib.
Xatırladaq ki, noyabrın 24-də Moskva ticarət mərkəzində bıçaqlı hücum barədə məlumat yayılsa da, cinayətkarın kimliyi və motivləri barədə təfərrüatlar açıqlanmayıb.
Tural
-
Sosial18:00"Azərişıq"da kadr dəyişikliyi
-
Magazin117:24Boşanma xəbərlərindən sonra ilk dəfə bir araya gəldilər - FOTO
-
İKT16:36Ən təhlükəli brauzerlərin adı açıqlandı
-
ABŞ15:25Zelenski gələn həftə Trampla görüşəcək
-
Yaxın Şərq15:18İki həftəlik müharibə ABŞ ordusuna nə qədər ziyan vurdu? - İran 20 milyard deyir
-
Avropa13:16Xəbərdarlıq: Güclü leysan yağışları, ildırım, dolu və saatda 90 kilometrə çatan külək...
-
Magazin212:48Aktrisanın çimərlik görüntüləri müzakirələrə səbəb oldu - FOTO
-
Ekologiya12:36Sabah 40 dərəcə isti olacaq - HAVA PROQNOZU




































