MDB
Simonyanın uşaqları gecəni pilləkənlərin altında keçirdi: Ukraynaya müraciət etdi
“Rossiya Seqodnya” beynəlxalq media qrupunun və RT televiziya kanalının baş redaktoru Marqarita Simonyan ailəsinin Krasnodar vilayətində pilotsuz təyyarənin hücumundan necə xilas olmasının təfərrüatlarını bölüşüb.
Publika.az xəbər verir ki, o, bu barədə "Telegram" kanalında yazıb.
Simonyan qeyd edib ki, beş övladı bütün gecəni səhərəcən dəhlizdəki pilləkənlərin altında keçirib.
“Onlar bütün gecə boyu mənim doğma Krasnodar diyarımı dronlarla təqib etdilər. Uşaqlarım - onlardan beşi də pilləkənlərin altındakı dəhlizdə yatmalı oldular. Pişiklər isə onların üzərində xalça üstündə gəzirmiş kimi gəzirdilər”, - Simonyan bildirib.
Ukraynaya müraciət edən Simonyan Vladimir Mayakovskinin “Tatyana Yakovlevaya məktub” şeirindən bir sətri dəyişərək sitat gətirib. O məşhur şeiri belə təfsir edib: "Eybi yox, Xoxlandiya. Olduğun kimi qal, qışı keçir. Bu isə geniş ictimaiyyət üçün təhqirdir. Mən səni onsuz da nə vaxtsa götürəcəyəm - təkcə, ya da Parislə bir yerdə!"
Mayakoviskidən improvizə edən Simonyan bu vaxtın tezliklə gələcəyinə əminliyini ifadə edib və hücumdan əziyyət çəkən həmvətənlərinə yardım təklif edib.
Qeyd edək ki, Simonyanın nümunə gətirdiyi şeir eşq elanı və bir yerdə olmağın mümkünsüzlüyünün, coğrafi və siyasi cəhətdən bir-birindən ayrılmış iki sevgilinin hissləri və ayrılığının əksidir. Burada Simonyanın erməni təxəyyülü ilə nə demək istədiyi aydın məsələdir.
Adəm
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
-
Nida Xəbər 10 İyun 20:34Bu institut ləğv edilir - Qərar
-
Rəsmi xronika10 İyun 20:24Prezident Fərman imzaladı
















.jpg)



















