Sosial
Böyük layihələr yenə eyni şirkətə həvalə olundu
Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) nəzdində fəaliyyət göstərən "Regional Su Meliorasiya Xidməti" publik hüquqi şəxsi növbəti dəfə "SVS-LTD" Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilə imzalayıb. Belə ki, 4 müqavilə üzrə MMC-yə toplam 529 min 325 manat ödənilib.
Publika.az xəbər verir ki, razılaşmaya əsasən, TAK-8-dən ayrılan torpaq məcralı Quxur oba arxının (Pk00+00,Pk 12+00, L=1.2km) beton üzlüyə alınması və üzərindəki qurğuların əsaslı təmirinə 145 min 476 manat, torpaq məcralı Ləcət Qobu 4-cü qolu kanalının L-1,4 km hissəsinin (PK144+00-PK 158+00) beton üzlüyə alınması və üzərindəki qurğuların əsaslı təmirinə 120 min 241 manat, Xızı, Siyəzən və Şabran rayonlarında olan müxtəlif ölçülü açıq və qapalı tipli şüşə lifli boruların cari təmiriə 99 min 558 manat, torpaq məcralı Ələtli kanalının (PK45+21 - PK 57+21,L=1200 m) beton üzlüyə alınması və üzərindəki qurğularla birlikdə əsaslı təmiri işlərinə isə 164 min 50 manat vəsait ayrılıb.
4 müqavilə üzrə sözügedən işlərin icrasına bu ilin avqust ayında start verilib, gələn ilin fevral ayına qədər başa çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, "SVS-LTD" MMC 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 91 020 manat olan şirkətin qanuni təmsilçisi Quliyev Məhərrəm Esaq oğludur.
Məlumat üçün bildirək ki, “SVS-LTD” MMC indiyə qədər təkcə bu qurumun deyil, həmçinin Dövlət Su Ehtiyatları Agentliyinə tabe olan digər qurumların da bir neçə tenderinin də qalibi olub.
-
İdman20:48AFFA-da iclas: Gedənlər də var, yeni təyinatlar da
-
Avropa20:12Avropada antik sikkə rekord qiymətə satıldı
-
Hadisə19:12Fəvvarələr meydanında güclü yanğın - VİDEO
-
Hadisə18:48Bakıda ananın körpəsini dənizə atması ilə bağlı YENİ DETALLAR - YENİLƏNDİ
-
Nəqliyyat18:36Sabiq nazir bu fonda dörd avtomobil satacaq
-
Dünya17:06Türkiyəyə qarşı “3+1” planı: Yunan mətbuatı gizli detalları açıqladı
-
Rəsmi xronika16:13İlham Əliyev iki fərman imzaladı
-
Magazin215:48Kardaşyan bu brend üçün soyundu - FOTO/VİDEO






















.jpg)







_(3).jpg)




