Sosial
Suraxanı RİH-də payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə bağlı müşavirə keçirildi - FOTO
Suraxanı Rayon İcra Hakimiyyətində 2025-2026-cı illərin payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə bağlı müşavirə keçirilib.
Publika.az xəbər verir ki, müşavirədə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Tağıyev, Şəhər Təsərrüfatı şöbəsinin müdiri Məmməd Qasımov, Tikinti məsələləri şöbəsinin müdiri Rəşid Ağayev, Bakı Şəhər Mənzil–Kommunal Təsərrüfatı Departamentinin rəisi Rəfail Mehraliyev, RİHB-nin müavinləri və şöbə müdirləri, rayonunun idarə, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin rəhbərləri iştirak ediblər.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək hər kəsi salamlayıb və 2025-2026-cı illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar rayon təsərrüfatında görülən işlərin vəziyyəti, mövcud problemlər və təsərrüfat xidmətlərinin, ayrı-ayrı idarə, müəssisələrin qarşısında duran vəzifələr haqqında məlumat verib. A.Əliyev bildirib ki, kommunal xidmət strukturları qış aylarında yarana biləcək problemlərin operativ şəkildə aradan qaldırılması üçün bütün imkanlardan maksimum istifadə etməlidirlər.
Rayon Mənzil–Kommunal Təsərrüfatı Birliyinin rəisi Mais Məmmədov çıxış edərək 2025-2026-cı illərin payız-qış mövsümünə hazırlıq işlərini tələb olunan səviyyədə təşkil etmək məqsədilə Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamından irəli gələn tapşırıqlara uyğun olaraq təsdiq edilmiş tədbirlər planına əsasən qərərgah və operativ işçi qrupunun yaradıldığını, qış texnikası və nəqliyyat vasitələrinin hazır vəziyyətə gətirildiyini, texnikalara xidmət edən işçilərə isə təlimatların verildiyini diqqətə çatdırıb.
Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Tağıyev, Şəhər Təsərrüfatı şöbəsinin müdiri Məmməd Qasımov, Bakı Şəhər Mənzil–Kommunal Təsərrüfatı Departamentinin rəisi Rəfail Mehraliyev çıxış edərək bildiriblər ki, qışa hazırlıqla bağlı yaradılan qərargah, kommunal və təsərrüfat xidmətləri və aidiyyəti təşkilatların rəhbərləri havaların sərt keçəcəyi günlərdə üzərilərinə düşən vəzifələrin tam şəkildə yerinə yetirilməsi üçün hazır olmalıdırlar. Onlar, verilən tapşırıqların icrası ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayaraq, yarana biləcək problemlərin əlaqəli şəkildə və operativ sürətdə aradan qaldırılması üçün müvafiq tövsiyyələr veriblər.
Müzakirələr zamanı məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
-
İdman13:42Qurban Qurbanov Avropa klubuna keçir? - Tanınmış ekspertdən ŞOK İDDİA
-
Sosial13:06Fəzail Ağamalının nəvəsinin ŞOK GÖRÜNTÜLƏRİ - İDDİA / VİDEO
-
MDB11:36Putin bu ölkədə türk dilində danışdı - VİDEO
-
Kriminal11:25Ginekoloq xəstələri çılpaq halda videoya çəkirmiş
-
MDB10:36Rusiya bütün qüvvələrini bu şəhərin ətrafına yığıb - Ukraynadan reaksiya: Tuta bilməyəcək
-
Hadisə10:06Bakıda SSRİ bayrağı qaldıranlar saxlanıldı - VİDEO
-
Dünya09:00Şahzadənin evlilik təklifini RƏDD ETDİ
-
İdman08:12"Barselona" darmadağın edildi




































.webp)



_(3).jpg)






