Sosial
Plastik torbaların qiyməti QALXDI - VİDEO
Ölkədə kiçik plastik torbaların qiyməti 3 qəpikdən 5 qəpiyə qaldırılıb, böyük ölçülü torbalar isə artıq 7 qəpiyə təklif olunur. "Bu qiymət dəyişimi istehlakçı davranışına necə təsir edəcək?" sualı gündəmə gəlsə də, müşahidələr hələlik ciddi dəyişikliyin olmadığını göstərir.
Publika.az xəbər verir ki, şəhərdə aparılan müşahidələrə əsasən demək mümkündür ki, plastik torbaların qiyməti artsa da, bu, insanların seçiminə ciddi təsir etməyib. Alıcıların böyük əksəriyyəti yenə də polietilen torbalara üstünlük verirlər.
Bəzi istehlakçılar mağazalarda başqa alternativin az olduğunu bildirirlər:
"Mağazalarda çox vaxt plastik paketlər təklif olunur, mən məcbur olub onlardan götürürəm".
Marketoloq Qələndər Məmmədlinin sözlərinə görə, əsas problem alternativlərin təqdimatındadır:
"Marketlərdə istehlakçı kassaya gələndə onun üçün əlçatan olan plastik torbalardır. Ətraf mühit üçün zərərsiz olan torbalar isə adətən ayrı rəflərdə, gözəçarpmayan yerlərdə olur", - deyə o vurğulayıb.
Daha ətraflı AzTV-nin süjetində:
-
Hadisə17:09Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini vəfat etdi
-
Nida Xəbər 17:00Ukrayna səfiri: Azərbaycan xalqına sülh, rifah və işıqlı gələcək arzulayıram!
-
MDB16:46Bir həftədə Ukraynaya 2700 dron, 1700 aviabomba atıldı
-
Ekologiya16:16Şimşək çaxacaq, dolu düşəcək
-
Nida Xəbər 16:00Ərdoğan Azərbaycanı təbrik etdi
-
Magazin214:43Supermodelə nə olub? - FOTOLAR
-
Magazin113:15“Uzak şehir”də yeni aktrisa - Foto
-
Magazin112:53Xalq artistinin ailəsində ağır itki











.jpg)





























