Sosial
FHN növbəti “açıq qapı günü” tədbiri keçirdi - VİDEO
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə Səbail rayon Yanğından Mühafizə Hissəsində “açıq qapı günü” tədbiri keçirilib.
Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin şagirdləri və müəllimlərinin iştirak etdikləri tədbirin keçirilməsində məqsəd uşaqların hərtərəfli inkişafına, onların fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin, eyni zamanda ilkin yanğın təhlükəsizliyi biliklərinin formalaşmasına, yanğınsöndürənlərin peşə fəaliyyəti barədə məlumatlılıq səviyyəsinin artırılmasına kömək etmək olub.
“Açıq qapı günü” tədbirində iştirakçılara yanğınsöndürənlərin gündəlik rejim qaydaları və hissələrin fəaliyyəti haqqında ətraflı məlumat verilib, onlara ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları və əməkdaşların gündəlik məşqlərinin bir hissəsi əyani şəkildə nümayiş etdirilib.
Həmçinin, uşaqlar fövqəladə hallar zamanı istifadə olunan zəruri yanğınsöndürmə və digər qəza-xilasetmə texnika və avadanlıqları ilə yaxından tanış olub, fövqəladə hadisələr zamanı təhlükəsiz davranış qaydaları barədə məlumatlandırılıblar.
Maraqlı keçən tədbirdə uşaqları maraqlandıran suallar cavablandırılıb.
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq
-
Magazin200:5537 yaşında infarkt keçirdi... - “Eşref Rüya”nın aktyoru vəfat etdi
-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 1 Aprel 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 1 Aprel 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ1 Aprel 17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi




































