Sosial
FHN-in Aran Regional Mərkəzində müşavirə keçirildi
Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional Mərkəzində "2025-ci il ərzində mülki müdafiə sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr" mövzusunda müşavirə keçirilib.
FHN-dən Publika.az-a bildirilib ki, tədbirin keçirilməsində məqsəd regiondakı şəhər və rayonların ərazisində mülki müdafiə işinin mövcud vəziyyətinin təhlili, fövqəladə hadisələrdən qorunma sahəsində əhalinin hazırlanması, mülki müdafiə dəstələrinin daimi hazırlığının təmin edilməsinə diqqətin artırılması, müvafiq biliklərin təbliği və maarifləndirmə işlərinin intensivləşdirilməsi, mövcud problemlərin müzakirəsi və həlli yollarının tapılmasından ibarət olub.
Müşavirədə FHN-in Aran Regional Mərkəzinin əməkdaşları, Regional Mərkəzin əhatə etdiyi əraziyə daxil olan şəhər və rayon İcra hakimiyyətlərinin Mülki müdafiə qərargah rəisləri, aidiyyəti xidmətlərin, təhsil, səhiyyə müəssisələrinin, digər idarə, müəssisə və təşkilatların səlahiyyətli şəxsləri iştirak ediblər.
Müşavirədə çıxış edənlər tədbirin əhəmiyyətindən bəhs edib, mülki müdafiə sahəsində birgə fəaliyyətin vacibliyini vurğulayıb, şəhər və rayonlarda mülki müdafiə sahəsində mövcud vəziyyət və problemlər, onların həlli yolları barədə ətraflı danışıblar.
Daha sonra Aran Regional Mərkəzinin əməkdaşları mülki müdafiə sahəsində görülmüş işlərdən danışıb, mülki müdafiə obyektlərində keçirilmiş monitorinqlərin nəticələri haqqında müşavirə iştirakçılarına məlumat veriblər. Qeyd olunub ki, cari ilin təqvim planına uyğun olaraq rayonların ərazisində yerləşən idarə və təşkilatlara mülki müdafiə üzrə metodiki yardım göstərilib.
Tədbirdə mövzu üzrə müzakirələr aparılıb, suallar cavablandırılıb.
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq
-
Magazin200:5537 yaşında infarkt keçirdi... - “Eşref Rüya”nın aktyoru vəfat etdi
-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 1 Aprel 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 1 Aprel 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ1 Aprel 17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi



































