Sosial
“Kristal” və GEWISS arasında əməkdaşlıq genişlənir: Memorandum imzalandı!
"Kristal" şirkəti ilə İtaliyanın qabaqcıl elektrik avadanlıqları istehsalçısı olan GEWISS arasında əməkdaşlığın genişləndirilməsinə dair memorandum imzalanıb. Sənəd şirkətlər arasında mövcud tərəfdaşlığın davamı və növbəti mərhələsi kimi qiymətləndirilir.

Görüş zamanı tərəflər arasında alış-veriş həcminin artırılması və tətbiq sahələrinin genişləndirilməsi ilə bağlı razılıq əldə edilib. Razılaşma xüsusilə hazırda tikintisi davam edən layihələrin daxili tamamlama mərhələlərini, yəni mənzillərdə və ümumi sahələrdə aparılan işləri əhatə edir.

Memorandumu GEWISS şirkətinin Yüksək Artım Potensiallı Regionlar Klasteri üzrə Baş Meneceri Guido Bonacina, "Kristal"dan isə şirkətin Müşahidə Şurasının sədri Mahayət Nəbiyev imzalayıb.
GEWISS brendi elektrik avadanlıqları sahəsində Avropanın aparıcı və ən etibarlı istehsalçılarından biri kimi tanınır. Şirkət yüksək keyfiyyətli və uzunömürlü məhsulları ilə seçilir, həm təhlükəsizlik, həm də funksionallıq baxımından beynəlxalq standartlara tam cavab verir. GEWISS-in elektrik açarları və digər aksesuarları isə müasir interyerlərə uyğun innovativ dizaynı, davamlılığı və texniki üstünlükləri ilə tikinti sektorunda xüsusi yer tutur. Bütün bu xüsusiyyətlər GEWISS-i dünya üzrə tikinti layihələrində üstünlük verilən top brendə çevirir.

Əməkdaşlıq çərçivəsində “Kristal”ın “City Garden Narimanov”, “Park Yasamal”, “Highland Residence”, “Biləcəri”, “Sahil Park” layihələrində GEWISS istehsalı olan elektrik açarları və digər elektrik aksesuarlarının tədarükü nəzərdə tutulur.
Bu məhsullar yaşayış komplekslərində elektrik təchizatı, işıqlandırma və idarəetmə sistemlərinin quraşdırılması prosesində istifadə olunur.
“Kristal” və GEWISS bundan sonra da uzunmüddətli əməkdaşlığın daha geniş miqyasda davam etdirilməsini planlaşdırır.
Ətraflı: *1544
kristal.az
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq
-
Magazin200:5537 yaşında infarkt keçirdi... - “Eşref Rüya”nın aktyoru vəfat etdi
-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 1 Aprel 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 1 Aprel 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ1 Aprel 17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi



































