Sosial
Prezidentin Azərbaycan dili ilə bağlı səsləndirdiyi fikirlər... - Sahibə Qafarova
Prezident İlham Əliyevin AMEA-da Azərbaycan dili ilə bağlı səsləndirdiyi fikirlər elmi ictimaiyyətin üzərinə yeni vəzifələr qoyub.
Publika.az xəbər verir ki, bunu spiker Sahibə Qafarova Milli Məclisdə keçirilən "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər" adlı konfransda açılış nitqində deyib.
Onun sözlərinə görə, parlamentdə keçirilən konfransın əsas məqsədi Azərbaycan dilinin qorunması istiqamətində elmi ictimaiyyətin və ziyalıların mövqeyini müəyyən etməkdir.
"Azərbaycan dilinin qorunması, müasir texnologiyalara inteqrasiyası dövlət strategiyasının prioritetlərindəndir".
Sahibə Qafarova qeyd edib ki, Prezidentin Azərbaycan dili ilə bağlı çağırışı göstərir ki, bu, bütün cəmiyyətin üərinə düşən milli məsələdir.
"Azərbaycan dili inkişaf edir, lakin qlobal proseslər qarşıya yeni hədəflər qoyur. Bu mənada, dillə bağlı sistemli yanaşmaya ehtiyac var. Dilimizin qarşısnda müasir dinamikadan doğan yeni çağrışlar dayanır. Bu çağırışlar içərisində dilin saflığının qorunması, terminologiyaların elmi əsaslarla yenilənməsi və sairi qeyd etmək olar".
Spiker Azərbaycan dili ilə bağlı siyasətin yeni mərhələsində əsas hədəfləri də açılayıb.
"Təhsildə müasir metod və texnologiyalarla tədris, mediada ədəbi dil normalarına riaəytin gücləndirilməsi, Azərbaycan dilinin dünya elmi və mədəni sferasında nüfuzunun artırılması, süni intellektə inteqrasiya və sair burada prioritelərdir".
-
Rəsmi xronika11:38İlham Əliyev sərəncam imzaladı
-
Dünya11:10Türkiyə ordusu üç istiqamətdən bu ölkəyə girdi - VİDEO
-
İdman10:48"Formula 1"-in yeni birinci xanımı: O, ulduz futbolçuya xəyanət edib? - FOTOLAR
-
Avto10:36Avtomobillər elə asfaltdan enerji yığacaq: "Gələcəyin yolu" sınaqdan keçdi
-
Nida Xəbər 10:12Mehdiyevin qızı da vəzifədən azad edildi
-
İdman09:48Milyarderin gizli kolleksiyası üzə çıxdı: 1,5 milyardlıq bolidlər, superkartlar və... - FOTOLAR
-
Sosial09:12Əbülfəs Qarayevin qızı məhkəməyə VERİLİR
-
Nəqliyyat08:37Yağışlı Bakı yollarında son vəziyyət - FOTOLAR






























.jpg)





