Sosial
Məşhur rejissor: Sosial media dövründə film çəkmək çox çətindir
“Yaradıcı insan özünə macəra yaratmağı da bacarmalıdır”.
Publika.az xəbər verir ki, bunu Bakı Beynəlxalq Film Festivalı çərçivəsində Bakıya gələn İran kinosunun məşhur aktrisası və rejissoru Niki Kərimi deyib.
Kino sənətinin müasir problemlərindən danışan sənətçi gənc rejissorlarla təcrübəsini bölüşüb:
“Kino çoxqatlı bir sahədir. Məsələn, Hollivudda ildə nə qədər film çəkilir, ancaq baxaq görək, onların neçəsi uğurlu ola bilir. Kino çəkməyin əlçatan olduğu bir dövrdə yaşayırıq. Bu gün hər kəs əlindəki mobil telefona nələrsə çəkib qısametrajlı film kimi təqdim edə bilər. Bir tərəfdən hər şey bu qədər sadələşsə də, digər tərəfdən mürəkkəbliyini qoruyur. Bu ziddiyyətə misal olaraq sosial medianı qeyd edə bilərəm. Düşünürəm ki, sosial şəbəkələr ortaya çıxandan bəri film çəkmək çox çətinləşib. Əvvəllər insan rahatlıqla oturub istədiyini yazıb çəkirdi. İndiki dövrdə gənclərin ən böyük çətinliyi gördükləri işə fokuslana bilməmələridir. Yaradıcı insanın duyğu və düşüncələri çox orijinal olmalıdır, amma indiki dönəmdə duyğu orijinallığını qoruyub saxlamaq çox çətinləşib. Fikrimcə, gənc rejissorlar bu məsələyə həssaslıqla yanaşmalıdırlar”.
Qeyd edək ki, Niki Kərimi festivalın beynəlxalq münsiflər heyətində yer alıb.
-
İqtisadi gündəm15:41Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndərildi
-
Sağlamlıq15:27Həkimdən ətiri dəriyə vuranlara xəbərdarlıq: Xərçəng riski var!
-
Magazin215:16Teleaparıcı büsqaltersiz poza verdi - FOTO
-
MDB14:44XTQ texnikaları belə partlatdı - Yeni əməliyyat görüntüləri
-
Region13:54Paşinyanın super avtomobilinin super nömrəsi – FOTO
-
MDB13:44Ruslar Çin təyyarələrində niyə tez-tez həbs olunurlar?: İlginc səbəb
-
Hadisə13:13Təyyarə qəzasında həlak olan məşhur müğənni ilə bağlı şok iddia: Yuxuda görübmüş ki... - VİDEO
-
MDB09:41Köhnə Yeni ili qeyd etməyin sirri: Keşiş izah etdi
























.webp)












