Sosial
Culfada evlərindən çıxarılan sakinlər etiraz etdilər - VİDEO
Culfa şəhəri, 1-ci küçə, 31-ci binada yaşayan sakinlər 2022-ci ildən etibarən evlərindən çıxarılıblar.
Səbəb kimi binanın qəzalı vəziyyətdə olması göstərilib. Lakin sakinlərin bildirdiyinə görə, evlərindən köçürülsələr də, nə kirayə pulu ilə təmin olunublar, nə də müvəqqəti yaşayış üçün onlara alternativ ünvanlar təklif edilib.
Bu səbəbdən vətəndaşlar hazırkı vəziyyətdən ciddi narazılıq edirlər. Onların sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, şikayətləri cavabsız qalıb.
"Bizi evdən çıxarıblar, amma heç bir köməklik göstərmirlər. İcra hakimiyyətində dəfələrlə olmuşuq. Dedilər ki, sizə kirayə pulu verməyə imkanımız yoxdur", - sakinlərdən biri Baku TV-yə bildirib.
Başqa bir sakin isə qeyd edib: "Nazirliyə müraciət etdik, onlar məsuliyyəti icra hakimiyyətinin üzərinə atırlar. İcra hakimiyyəti isə deyir ki, bizlik bir şey yoxdur, bizə vəsait ayrılmalıdır ki, sizə verək. Nə ev verirlər, nə də pul. Bizim haqqımızda heç kim düşünmür. Yaşamaq üçün yer tapa bilmirik".
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 2 Aprel 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI



































