Sosial
Azercell Kinon tətbiqini süni intellektlə gücləndirib
Lider mobil operator Kinon tətbiqində süni intellekt əsaslı axtarış və tövsiyə funksiyalarını istifadəyə verib
Rəqəmsal məhsullar portfelini ən son texnologiyalarla zənginləşdirməyə davam edən Azercell ölkə bazarında daha bir ilkə imza atıb. Şirkət intuitiv, müasir və yüksək keyfiyyətli məzmun izləmə mühiti yaradaraq Kinon-u Azərbaycanın aparıcı rəqəmsal həllərindən birinə çevirir.
Lider mobil operator Kinon tətbiqini süni intellekt əsaslı həllərlə təchiz edərək yeni nəsil axtarış və fərdiləşdirilmiş tövsiyə funksiyalarını istifadəyə verib. Azərbaycanda ilk dəfə tətbiq olunan bu sistem istifadəçilərə filmləri, serialları və müxtəlif proqramları gündəlik danışıq dilində verilən sorğular vasitəsilə tapmağa imkan yaradır. “Axşam üçün nəsə gülməli”, “istirahət üçün serial”, “gözəl mənzərələr olan film” kimi ifadələr süni intellekt tərəfindən tam şəkildə başa düşülür və sistem istifadəçi davranışlarını analiz edərək fərdiləşdirilmiş nəticələr təqdim edir. Yeni həll tətbiq daxilində rahat naviqasiya, fərdi məzmun axtarışı və TV təcrübəsini təmin edir.
Qeyd edək ki, “Kinon” tətbiqi istifadəçilərə eyni anda 260-dan çox yerli və xarici TV kanalını izləmək imkanı yaradır. Bundan əlavə, “Premier”, “Viju” və “Wink” kimi beynəlxalq onlayn kinoteatrlar da bir platformada birləşdirilib.
Tətbiqi yükləmək üçün: https://bit.ly/Kinon
Kinon-un süni intellekt imkanları ilə daha ağıllı, daha sürətli və tam olaraq seçimlərinizə uyğunlaşdırılmış yeni nəsil TV təcrübəsini kəşf edin!
Ətraflı məlumat üçün: https://www.azercell.com/az/personal/digital-solutions/kinon-plus.html
-
Sosial19:00Aydın Ələkbərov qəfil vəfat etdi - FOTO
-
İdman18:30“Qarabağ”ın daha bir futbolçusu “Flamenqo”ya transfer olunur? - AÇIQLAMA
-
İdman18:12Mateus Silvadan matç öncəsi AÇIQLAMA: “Bizi çox ciddi oyun gözləyir”
-
İdman17:44“Neftçi” rəsmisinin avtomobili gündəm oldu - FOTO
-
Dünya15:20Maduronun 2026-cı il planı: Xalq, ordu və polis...
-
Region13:51Azərbaycanın qonşusunda rüşvətin orta məbləği kəskin artdı
-
Sosial13:49Pensiya alanların nəzərinə!
-
Rəsmi xronika13:26Bratislavada İlham Əliyevin şərəfinə rəsmi ziyafət verildi - FOTO





























.jpg)







