Sosial
Qaz puluna qənaət üçün kombini belə işlətmək lazım imiş
Ustalar tez-tez söndürülüb-yandırılmasının əlavə yanacağa səbəb olduğunu bildirir.
Publika.az xəbər verir ki, usta və istilik sistemi üzrə mütəxəssislərin sözlərinə görə, kombinin ardıcıl olaraq söndürülüb-yandırılması, əksər hallarda daha çox qaz sərfiyyatı ilə nəticələnir.
Ən qənaətcil istifadə üsulu isə cihazın ev şəraitinə uyğun olaraq davamlı şəkildə aşağı və ya orta dərəcədə işləməsidir.
Mütəxəssislərin izahına görə, kombi hər dəfə işə düşdükdə bütün sistemdəki suyu yenidən qızdırmalı olur. Bu mərhələ daha çox enerji tələb etdiyi üçün yanacaq sərfiyyatı artır. Evin tam soyuması isə kombinin növbəti dəfə uzun müddət yüksək gücdə çalışmasına gətirib çıxarır. Tez-tez açılıb-söndürülmə həmçinin cihazın müxtəlif detallarının qısa müddətdə aşınmasına səbəb olur.
Sabit rejimdə (aşağı və ya orta temperaturda) fasiləsiz işləmə üsulu daha qənaətcil hesab edilir.
Bu zaman ev tam soyumadığından cihaz yalnız mövcud istiliyi qorumaq üçün minimal gücdə fəaliyyət göstərir. Bu rejim həm temperaturun sabit qalmasını təmin edir, həm də istifadəçilərə əlavə rahatlıq və enerji qənaəti təqdim edir. (Milli.Az)
-
Qoroskop02:19Günün ulduz falı: qarşınıza gözəl fürsətlər çıxacaq
-
ABŞ01:40ABŞ-da məsciddə atışma: ölənlər var
-
ABŞ00:45ABŞ bu gün İrana zərbə endirəcək? - Trampın son qərarı
-
Sağlamlıq18 May 22:46Bazarda satılan bu məhsullar ağır xəstəliyə səbəb ola bilər - Diqqətli olun!
-
Sosial18 May 21:11Azərbaycanda bu xəstəliklə mübarizə üçün 7 milyona yaxın pul xərclənəcək
-
Sağlamlıq18 May 20:00ÜST hantavirusa yoluxma sayının artdığını açıqladı
-
Nəqliyyat18 May 19:50Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa edilir? - Rəsmi açıqlama
-
Hadisə18 May 19:408 yaşlı azərbaycanlı Rusiyada faciəvi şəkildə öldü - Foto
































.jpg)


