Sosial
Xankəndidə əməyin mühafizəsi ilə bağlı tədbir keçirildi - FOTO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Xankəndi şəhərində əməyin mühafizəsinə dair növbəti maarifləndirmə tədbirləri keçirib.
Bu barədə Publika.az-a nazirlikdən məlumat verilib.
Xankəndidə 30 müəssisəni əhatə edən 8 tədbirdə işəgötürənlərin nümayəndələri və işçilərdən ibarət 232 nəfər iştirak edib.
Maarifləndirmə tədbirləri Xidmətin, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, həmçinin Dövlət Məşğulluq Agentliyinin əməkdaşlarının iştirakı ilə keçirilib.
İştirakçılara əməyin mühafizəsi, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri barədə məlumatlar verilib.
Müvafiq sahədə yeni dövlət standartlarının tətbiqindən, həmçinin iş yerlərində təhlükəsizlik mədəniyyətinin formalaşdırılmasına yönəlmiş tədbirlərdən bəhs olunub.
Mina təhlükəsizliyinin əsas prinsipləri, mövcud risklər və onların qarşısının alınması üzrə mühüm məlumatlar da diqqətə çatdırılıb.
İştirakçılara müvafiq mövzular üzrə yaddaş kitabçaları, bukletlər və digər məlumatlandırıcı materiallar təqdim edilib, onları maraqlandıran suallar cavablandırılıb.
-
MDB02:42Medvedev Ermənistana xəbərdarlıq etdi
-
Nəqliyyat00:30Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Oğrulardan ehtiyatlı olun
-
İdman3 Oktyabr 21:36İspaniya mətbuatından Arda Güler şərhi: “Daimi kabus yaşayır”
-
Magazin23 Oktyabr 20:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)
-
Magazin23 Oktyabr 19:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?
-
İdman3 Oktyabr 18:25Baş məşqçidən Ronaldoya sülh təklifi - Neytral ərazidə...
-
Ekologiya3 Oktyabr 17:13Bu ərazilərə qar yağır - Faktiki hava


































.jpg)
