Dünya
İsrail Türkiyənin son həmləsindən danışır: “İqtisadi çay” qurulur, güc balansı dəyişəcək
Türkiyənin milli neft şirkəti TPAO-nun Kərkükdəki neft yataqlarına 15 faiz payla ortaq olması İsrail mediasında geniş müzakirələrə səbəb olub.
Publika.az xəbər verir ki, bu barədə "Maariv" nəşri təhlil dərc edib.
Məqalədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İraqın Baş naziri arasında Ankarada imzalanan strateji enerji sazişi "tarixi razılaşma" kimi qiymətləndirilib. Nəşrin yazdığına görə, saziş Türkiyəyə gündə 1 milyon barelədək neft tədarükünü, həmçinin enerji, təhlükəsizlik və ticarət sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Məqalədə Kərkük-Ceyhan neft kəməri sazişinin başa çatmasından sonra iki ölkənin daha əhatəli enerji əməkdaşlığı modelinə keçdiyi vurğulanıb. Bildirilib ki, TPAO, BP və “ConocoPhillips”-in yaratdığı konsorsiumun Kərkük yataqlarında fəaliyyəti bu əməkdaşlığın əsas mərhələlərindən biridir.

"Maariv" həmçinin Türkiyə ilə İraq arasında "iqtisadiyyat çayı" adlandırdığı yeni əməkdaşlıq modelinin formalaşdığını qeyd edib. Nəşr bunu iki ölkə arasında dərin iqtisadi inteqrasiyanın başlanğıcı kimi dəyərləndirib.
İsrailin ICE nəşri isə yazıb ki, tərəflər neft əməkdaşlığı ilə yanaşı, Bəsrə körfəzini Türkiyə üzərindən Avropa bazarlarına bağlamağı nəzərdə tutan "İnkişaf Yolu" layihəsini də irəli aparırlar. Nəşrin qiymətləndirməsinə görə, bu təşəbbüs regionda iqtisadi və geosiyasi balansı dəyişə biləcək mühüm addımdır.
Qeyd edək ki, Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar daha əvvəl 1973-cü il tarixli İraq-Türkiyə xam neft boru kəməri sazişinin başa çatmasından sonra tərəflərin neftlə yanaşı, təbii qaz və enerji infrastrukturu sahələrini də əhatə edən yeni əməkdaşlıq modeli üzərində işlədiklərini açıqlamışdı.
Müəllfi: Roza
-
Region13:18Ermənistan Rusiyaya qarşı sanksiya tətbiq etməyə məcbur olacaq - Sensasion iddia
-
Rəsmi xronika12:56İlham Əliyev fərman imzaladı
-
Region12:54Paşinyan hökumətin istefaya getdiyini açıqladı - VİDEO
-
Dünya12:18İsrail Türkiyənin son həmləsindən danışır: “İqtisadi çay” qurulur, güc balansı dəyişəcək
-
Nida Xəbər 11:42Hikmət Hacıyevin sitat gətirdiyi kitab Azərbaycan dilinə tərcümə olunmalıdır - Etibar Əliyev
-
Rəsmi xronika11:09İlham Əliyev Mərakeş Kralını təbrik etdi
-
İdman10:54Ceyk Polun cazibədar nişanlısı elə FOTOLAR paylaşdı ki…
-
Magazin110:06Nigar Camal təcili əməliyyat olundu: Sabah konsert verəcəkdi - FOTO











.jpg)






.jpg)





.jpg)










