Sosial
FHN Qəbələ rayon Mərkəzi Xəstəxanasında təlim keçirdi - FOTO/VİDEO
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə Qəbələ rayon Mərkəzi Xəstəxanasında “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda yanğın-taktiki təlim keçirilib.
Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti xidmətlərinin müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd tibb müəssisəsinin kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı davranış qaydalarının aşılanması olub.
Əvvəlcə, təlimin nəzəri hissəsində FHN-in əməkdaşları tərəfindən xəstəxananın kollektivinə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verilib, bu barədə videoçarxlar nümayiş etdirilib.
Sonra təlimin praktiki hissəsinə start verilib.
Belə ki, şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra FHN-in yanğın-xilasetmə bölmələri operativ qaydada hadisə yerinə çataraq xəstəxananın müvafiq personalı ilə əlaqəli şəkildə obyektin təxliyə planına uyğun insanların təhlükəsiz yerə təxliyəsini həyata keçirib, paralel olaraq “yanğınla mübarizə” tədbirləri yerinə yetirilib, şərti xəsarət almış şəxslərə “ilkin yardım göstərilib”.
Təlimə FHN-in ümumilikdə 5 ədəd texnikası və 42 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.
Təlim uğurla başa çatıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub.
Qeyd edək ki, bu cür tədbirlər Fövqəladə Hallar Nazirliyi tərəfindən mütəmadi olaraq təşkil olunur.
-
ABŞ12:31Kosmosda müharibə: ABŞ və Çin peyklərinin döyüşü başladı
-
İdman11:02Tarixə düşən rus qapıçının imdadına hiylə çatıb? - Hər şey üzə çıxdı - FOTOLAR
-
ABŞ10:06️ABŞ-a getmək istəyənlərə bəd xəbər: "Green Card" dayandırıldı
-
İKT07:47"TikTok" RAZILIQ VERDİ: ABŞ bölməsi bu tarixdə satılır
-
İdman06:46Zidanla bağlı YENİ XƏBƏR - Elə plan cızıb ki...
-
Magazin106:16Vəfa ondan boşandı: “Bir ildir ayrılmışıq” - VİDEO
-
Nida Xəbər 06:00Ermənistana yanacaq daşıyan yük qatarı Gürcüstana yola salındı - VİDEO
-
Nida Xəbər 05:15Hərbi xidmətə yararsız olan şəxslərin NƏZƏRİNƏ






.jpg)
.jpg)
.jpg)
.jpg)






















.jpg)





