Sosial
Suraxanıda Həmrəylik Günü və Yeni il qeyd edildi - FOTO
Suraxanı Rayon İcra Hakimiyyətinin və YAP Suraxanı Rayon Təşkilatının birgə təqdimatında “Konstitusiya və suverenlik ili” çərçivəsində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə “Milli həmrəylik və dövlətçilik” adlı tədbir keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə RİH başçısı Adil Əliyev, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatı Qaya Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər, idarə, müəssisə, təşkilat rəhbərləri, ziyalılar iştirak ediblər.
Tədbirdə Adil Əliyev çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir iştirakçılarını təbrik edib, xalqımıza cansağlığı, rifah, dövlətimizə sülh və tərəqqi arzulayıb. O, bütün dünya azərbaycanlılarının eyni amal, eyni məqsəd və vətən sevgisi ətrafında birləşdirən bu əlamətdar günün əhəmiyyətindən, o cümlədən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazandığımız tarixi ədalətin zəfər çalmasında xalqımızın göstərdiyi birlik və həmrəyliyin bütün dünyaya sübut olunduğundan söz açıb. A.Əliyev bildirib ki, bu həmrəylik bizim ən böyük gücümüz və gələcək uğurlarımızın əsas təminatıdır.
Bayram tədbirində YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxış edərək ən xoş arzularını, təbriklərini çatdırıb. Qeyd edib ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqımızın ümummilli ideyalar ətrafında sıx birləşməsinin, milli iradənin və vətənpərvərliyin təntənəsidir. O, bugün eyni zamanda məhz Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik və milli həmrəylik strategiyasının prezident, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini və Azərbaycanın bu siyasət nəticəsində qalib, güclü və nüfuzlu dövlətə çevrilməsini böyük qürur hissi ilə qeyd etdiyimizi vurğulayıb.
Həmçinin, Milli Məclisin deputatı Qaya Məmmədov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı dövlətçilik fəlsəfəsinin əsasında məhz güclü cəmiyyət, məsuliyyətli vətəndaş və milli birlik dayanır.
Bayram tədbirində rayonun ictimai həyatında fəal iştirakına görə bir qrup şəxs Rayon İcra Hakimiyyəti başçısının və YAP Suraxanı Rayon Təşkilatının Fəxri Fərmanları ilə təltif olunublar.
Eyni zamanda, sevilən incəsənət nümayəndələrinin ifaları hər kəsə xoş bayram əhval-ruhiyyəsi yaşadıb.

-
Rəsmi xronika16:09Prezident daha bir fərman imzaladı
-
Nida Xəbər 16:00Sevinc Osmanqızı və digərlərinin məhkəməsi başlayır
-
Rəsmi xronika15:23Hərbi xidmətlə bağlı qanunlara dəyişiklik edildi
-
Maraq dünyası14:28O dünyadan "qayıdan" qadın elə şeylər görüb ki... - Müharibələr, aclıq
-
Avropa13:53Masonlar şəhər polisini ələ keçirdi - Gizli təşkilatın hədəfi nədir?
-
Rəsmi xronika13:45Prezident 2026-cı ilin dövlət büdcəsini təsdiqlədi
-
Region13:07Ermənistanda mənzil bazarı: Görün evlər neçəyədir
-
Sosial12:07Misir Mərdanovun yeni vəzifəsi məlum oldu - RƏSMİ




























.jpg)







