Sosial
FHN-in taekvondo üzrə komandasının üzvləri yüksək nəticələr əldə etdi
24-27 dekabr 2025-ci il tarixlərində FHN-in İdman-sağlamlıq klubunun idman arenasında Azərbaycan Taekvondo Federasiyasının təşkilatçılğı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə gənclər arasında ölkə birinciliyi və böyüklər arasında Azərbaycan çempionatı keçirilib.
Nazirlikdən Publika.az-a verilən xəbərə görə, yarışlarda ölkənin müxtəlif şəhər və rayonlarından 72 klub və idman cəmiyyətlərindən 440-a yaxın idmançı əzmkar mübarizə aparaq öz qüvvələrini sınayıblar.
Çempionatda iştirak edən FHN-in İdman-sağlamlıq klubunun taekvondo üzrə gənclər və böyüklərdən ibarət komandasının üzvləri – İdman-sağlamlıq klubunun əməkdaşı gizir Xəyalə Ağayevanın rəhbərliyi altında yüksək nəticələr əld ediblər. Belə ki, gənclər arasında keçirilən birincilikdə 49kq çəki dərəcəsində Nilüfər Borji bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Komandanın digər üzvü 52kq çəki dərəcəsində Gülnar Hacızadə isə gümüş medalın sahibi olub. Bundan əlavə, böyüklər arasında keçirilən çempionatda 49kq çəki dərəcəsində Səmərrux Osmanova və 67kq çəki dərəcəsində Nərmin Ənsari qızıl, 46kq çəki dərəcəsində Aişə Səfərli, 53kq çəki dərəcəsində Leyla Əhmədova və 57kq çəki dərəcəsində Meylin Məmmədzadə bürünc medal qazanıblar.
Beləliklə, FHN-in İdman-sağlamlıq klubunun taekvondo üzrə komandası medal sayına görə komanda hesabında 3-cü yerə layiq görülüb.
Qaliblər Gənclər və İdman Nazirliyinin təsis etdiyi diplom və medallarla təltif edilib.




-
Dünya22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial22:00Tramp onu "qurumuş gavalı" adlandırdı - FOTO
-
Sosial21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ
-
İdman19:48PSJ Luis Enrikeyə bu qədər maaş təklif edir
-
ABŞ19:00Argentina İranın müvəqqəti işlər vəkilinə iki gün vaxt verdi
-
Region18:48Müəllimin geyimi müzakirə mövzusu oldu










.png)
























