Sosial
“Nar” lotereyasında həyəcan artır – 10-cu avtomobil səni gözləyir
Sərfəli mobil operator “Nar”ın “Çoox Şanslı” stimullaşdırıcı lotereyasının növbəti qalibləri bu axşam müəyyən ediləcək. Belə ki, lotereyaya qoşulan şanslı “Nar” abunəçilərindən biri 10-cu “Haval H6 Ultra” avtomobilini, üçü isə Xiaomi Redmi Note 14 Pro” smartfonunu qazanacaq. Qeyd edək ki, qaliblərin adları təsadüfi seçim əsasında müəyyən edilir və nəticələr canlı yayımda elan olunur. Bu lotereyada ilin sonuna qədər “Nar” abunəçiləri hər gün “Xiaomi Redmi Note 14 Pro” smartfonu, hər həftə “Haval H6 Ultra” avtomobili və finalda “Li L9 Ultra” avtomobili kimi möhtəşəm hədiyyələr qazana bilər.
Xatırladaq ki, “Çoox Şanslı” lotereyasında iştirak etmək üçün “Nar” abunəçiləri sadəcə balanslarını artıra və ya şans qazandıran şanslı paketlərdən birini aktivləşdirə bilərlər. Belə ki, 1 AZN-lik şanslı paketə daxil olan 3 şans və 15 şəbəkədaxili danışıq dəqiqəsini *71#YES; 2 AZN-lik şanslı paketə daxil olan 7 şans və 35 şəbəkədaxili danışıq dəqiqəsini *72#YES; 3 AZN-lik şanslı paketə daxil olan 12 şans və 55 şəbəkədaxili danışıq dəqiqəsini isə *73#YES nömrəsini yığaraq aktivləşdirmək mümkündür. Hər balans artımı və ya paket aktivləşdirməsi abunəçiyə əlavə şans qazandırır və qalib olmaq ehtimalını artırır. Abunəçilər topladıqları şansların sayını və iştirak statuslarını “Nar+” tətbiqi və nar.az veb səhifəsindəki xüsusi lotereya bölməsindən rahatlıqla izləyə bilərlər.
Daha ətraflı məlumat üçün: lotereya.nar.az/ Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 6 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur.
Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.
-
Nəqliyyat19:45Taksilərlə bağlı RƏSMİ AÇIQLAMA - Yanvardan etibarən...
-
İdman19:05Coşua dəhşətli qəzaya düşdü: 2 nəfər öldü
-
Nida Xəbər 18:45Bir ay əvvəl təyin olunan icra başçısı niyə işdən çıxarıldı? - TƏFƏRRÜAT
-
Ekologiya18:25Əhaliyə XƏBƏRDARLIQ: Dekabrın son iki günündə...
-
Rəsmi xronika17:39Bu rayonun icra başçısı vəzifəsindən azad edildi
-
İdman17:36Qurban Qurbanovun oğlunun toyunda görün kimlər iştirak edib: General və nazirlər - YENİ FOTOLAR
-
Rəsmi xronika17:12İlham Əliyev "Bakı Ağ Şəhər"də oldu - YENİLƏNDİ
-
Rəsmi xronika16:09Prezident daha bir fərman imzaladı















.jpg)

.jpg)











.jpg)







