Sosial
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb - FOTO
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə “Azercell Könüllüləri” ənənəvi xeyriyyə aksiyası keçirib. “Bölüşək, sevindirək!" adlı təşəbbüs çərçivəsində könüllülər şəhid və qazı ailələrini, eləcə də aztəminatlı ailələri ziyarət edərək, onların övladlarına bayram sevinci yaşadıblar.
Publika.az xəbər verir ki, aksiya çərçivəsində Lerik rayonunda Lerik Rayon İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin yerli strukturlarının dəstəyi ilə uşaqlar üçün xüsusi bayram proqramı da təşkil edilib. Tədbir zamanı balacalar üçün əyləncəli proqram təqdim olunub, onlara müxtəlif Yeni il hədiyyələri paylanılıb.
Ümumilikdə, müxtəlif yaş kateqoriyalarından olan 200-dən çox həssas qrup uşağa bayram hədiyyələri çatdırılıb. Təşəbbüs “Azercell Telekom” MMC-nin könüllüləri və “Aztelekom” MMC-nin əməkdaşları tərəfindən birgə reallaşdırılıb.
Qeyd edək ki, Azercell əməkdaşlarından ibarət olan “Azercell Könüllüləri” xeyriyyə təşkilatı 2004-cü ildən fəaliyyət göstərir və bu müddət ərzində sosial rifahın yaxşılaşdırılması istiqamətində çoxsaylı xeyriyyə təşəbbüsləri həyata keçirib.
-
Region23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin122:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ
-
İdman19:48PSJ Luis Enrikeyə bu qədər maaş təklif edir
-
ABŞ19:00Argentina İranın müvəqqəti işlər vəkilinə iki gün vaxt verdi














.png)




















