Sosial
FHN Yeni illə bağlı tədbir keçirdi - FOTO
Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının komandanlığında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nümayəndələrinin iştirakı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə tədbir keçirilib.
Nazrlikdən Publika.az-a verilən xəbərə görə, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər qeyd ediblər ki, dünya azərbaycanlılarının birliyi ideyası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik tariximizdəki ən böyük xidmətlərindən biridir. 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edilməsi ölkəmizin dünya dövlətləri sırasında söz sahibinə çevrilməsinə, dünya azərbaycanlıları arasında milli birliyin daha da güclənməsi və təşkilatlanmasına təkan verib.
Həmçinin, Ulu Öndərin ölkəmizin inkişafi istiqamətindəki uzaqgörən siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən söz açan natiqlər bunun sayəsində Azərbaycanın nüfuzlu dövlətə çevrilməsindən, Ulu Öndərin ən böyük arzusu, vəsiyyəti olan torpaqlarımızın işğaldan azad olunmasının tarixi əhəmiyyətindən danışıblar.
Eyni zamanda vurğulanıb ki, “Konstitusiya və Suverenlik ili” olan 2025-ci il Azərbaycan Respublikasında hüquqi və dövlətçilik ənənələrinin daha da gücləndirilməsi üçün bir fürsət, Azərbaycan dövlətçiliyinin əsaslarını daha dərindən dərk etmək və gələcək nəsillərə ötürmək üçün əhəmiyyətli bir addım olmuşdur.
Tədbirin bədii hissəsi konsert proqramı ilə davam edib.
-
Region23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin122:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ
-
İdman19:48PSJ Luis Enrikeyə bu qədər maaş təklif edir
-
ABŞ19:00Argentina İranın müvəqqəti işlər vəkilinə iki gün vaxt verdi














.png)




















