Sosial
Elman Rüstəmovun 8,9 milyonluq şirkəti ləğv edildi
Bir il əvvəl lisenziyası geri alınan "Bakı Sığorta" Açıq Səhmdar Cəmiyyəti ləğv olunduğunu elan edib.
Publika.az Teleqraf-a istinadla-a istinadla xəbər verir ki, kreditorlardan iki ay ərzində tələblərin bildirmələri istənilib.
Xatırladaq ki, “Bakı Sığorta” 1994-cü ildə "Tural Sığorta" adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib. Nizamnamə kapitalı 8 milyon 925 min 440 manatdır. Qanuni təmsilçisi Oqtay Pirmurad oğlu Şeydabəyovdur.
Lisenziyası geri alınmazdan bir əvvəlki (2023) maliyyə ilini sığorta şirkəti 555 min manat mənfəətlə başa vurub. Cəmi gəlirləri 7,6 milyon manat olub. Həmin ildə 4,9 milyon manat sığorta haqqı toplayıb. Mərkəzi Bank lisenziyanın geri alınmasına səbəb şirkətin maliyyə dayanıqlılığı aşağı olmasını göstərib.
Qeyd edək ki, “Bakı Sığorta” ASC-nin səhmdarları “Bank Respublika” ASC, “Diamond Motors” MMC, “Ekolizinq” MMC, “Toyota Abşeron Center” MMC, “Yeni Motor” MMC, və 2 fiziki şəxsdir. “Bank Respublika” və “Toyota Abşeron Center”in Mərkəzi Bankın keçmiş sədri Elman Rüstəmova məxsus olduğu bildirilir.
-
Region23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin122:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ
-
İdman19:48PSJ Luis Enrikeyə bu qədər maaş təklif edir
-
ABŞ19:00Argentina İranın müvəqqəti işlər vəkilinə iki gün vaxt verdi













.png)




















