2025-ci ildə yeni təyinatlar və vəzifəsini itirənlər - Hansı kadr dəyişikliyi yaddaşlarda iz buraxdı?
Bizi izləyin

Sosial

2025-ci ildə yeni təyinatlar və vəzifəsini itirənlər - Hansı kadr dəyişikliyi yaddaşlarda iz buraxdı?

2025-ci ildə müxtəlif vəzifəli şəxslər vəzifələrini itiriblər, bəziləri isə yeni vəzifələrə təyin olunublar.

Publika.az xəbər verir ki, Oxu.Az 2025-ci ilin kadr dəyişikliyinin yekunlarını hazırlayıb.

Azərbaycan Mərkəzi Bankında (AMB) yeni təyinatlar

Yanvarın 7-də Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyinə yeni təyinatlar olub. Ülvin Emin oğlu Əliyev AMB sədrinin müşaviri, Fuad Fərman oğlu İsayev isə bankın baş direktoru təyin olunub.

Fevralın 6-da AMB-nin baş direktor vəzifələrinə üç təyinat olub. Belə ki, yeni baş direktor vəzifələri Anar Mansurov, Elrad Seydiyev və Tərlan Rəsulova həvalə edilib.

Aprelin 22-də ABM-in sədri Taleh Kazımovun müvafiq əmrinə əsasən, Rəxşəndə Mübariz qızı Əliliyə AMB-nin Maliyyə bazarlarında əməliyyatlar departamentinin direktoru, Ataxan Aftandil oğlu Həsənova Maliyyə sabitliyi departamentinin direktoru vəzifəsi verilib. AMB-nin Ödəniş sistemləri və məhsulların inkişafı departamentinin direktoru vəzifəsi Əfqan Abbasova həvalə edilib.

Avqustun 8-də Bəhruz Balayev AMB-nin sədri Taleh Kazımova müşavir təyin edilib.

Noyabrın 5-də Namiq Sahib oğlu Nağdəliyev AMB-nin sədri Taleh Kazımova müşavir təyin edilib.

Vəzifəsindən azad edilən və yeni vəzifəyə təyin olunan rayon icra başçıları, rayon icra hakimiyyətlərində (RİH) kadr dəyişiklikləri

Mayın 9-da Siyəzən RİH-in başçısı Novruz Novruzov özünə yeni müavin təyin edilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, Ruhiyyə Hacıyeva icra başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini təyin olunub.

Mayın 20-də Beyləqan RİH-in başçısı Əziz Əzizov bəzi işçiləri vəzifəsindən azad edib. İcra başçısının əmrinə əsasən, RİH-in Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Sona Bəhlul qızı Mirzəyeva vəzifəsindən azad olunub. Onun yerinə Suliddin Yavər oğlu Əsgərov təyin olunub.

Mayın 22-də Oğuz RİH-də Aliyə Arif qızı Osmanova icra başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Mayın 23-də Pirallahı RİH-in icra başçısı Vasif İmanov Zülfiyyə Xası qızı Məmmədhüseynovanı özünə müavin təyin edib.

İyulun 16-da Flora Ədalət qızı İbadova Masallı RİH Aparatında baş məsləhətçi vəzifəsinə təyin olunub.

Avqustun 1-də Xəzər RİH başçısı Elşən Salahovun əmri ilə İlhamə Arif qızı Kərimova, Pirallahı RİH başçısı Vasif İmanovun əmri ilə Tahir Hidayət oğlu Qaraçobanov sektor müdiri - baş mühasib vəzifəsinə təyin olunublar.

Avqustun 6-da Bakının Xəzər RİH başçısı Elşən Salahovun müvafiq əmrinə əsasən, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mehman Eldar oğlu Azadov vəzifəsindən azad edilib. O, Sosial-iqtisadi inkişafın proqnozlaşdırılması və planlaşdırılması şöbəsinə baş məsləhətçi vəzifəsinə təyin olunub. Eyni zamanda, həmin şöbəyə aparıcı məsləhətçi vəzifəsinə isə Elçin Fazil oğlu Sadıqov təyinat alıb.

Sentyabrın 4-də Daşkəsən RİH başçının köməkçisi postuna Elşad Mustafayev gətirilib. O bu vəzifədə Yaşar Rzalını əvəzləyib.

Eyni zamanda, RİH-in İnformasiya təminatı və təhlil sektorunun müdiri Əsəd Yusifov vəzifəsindən azad olunub. Eləcə də həmin sektorun aparıcı məsləhətçisi İlahə Xıdırova da işdən çıxarılıb, onun yerinə Gülnar Məmmədova təyin edilib. Memarlıq və tikinti şöbəsinin müdiri - baş memar Elman Məmmədov da işdən çıxarılanlar arasındadır. Həmin şöbənin aparıcı məsləhətçisi (mühəndis) Elman Ələkbərov da vəzifədən azad olunaraq, yerinə Mehman Mehdiyev gətirilib.

RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elvin Qurbanovu da Kazım Kamalov əvəz edib.

Kadr təyinatı Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində də həyata keçirilib. Belə ki, şöbənin böyük məsləhətçisi Ramida Süleymanova işdən çıxarılıb, onun yerinə Ayaz Allahyarov təyin olunub. A.Allahyarov bu təyinatadək Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində məsləhətçi vəzifəsində çalışıb. Onu bu vəzifədə isə Pərvin Paşayev əvəz edib. Eyni zamanda, sürücülər - Eldar Qarayev və Elməddin Məmmədovu da işdən çıxarılıblar, onların yerinə Akif Abbasov və Emil İsmayılov təyin olunublar.

Noyabrın 12-də Elxan Oqtay oğlu İbrahimov Kürdəmir RİH başçısı vəzifəsindən azad edilib. Dövlət başçısının digər sərəncamı ilə Elxan İbrahimov Nəsimi RİH başçısı təyin edilib.

Elə həmin gün Natiq Nuşravan oğlu Ağayev Göyçay RİH başçısı vəzifəsindən azad edilib və Prezidentin digər sərəncamı ilə Balakən RİH başçısı təyin edilib.

Eyni zamanda, Orxan Çingiz oğlu Mürsəlov Gədəbəy RİH başçısı vəzifəsindən azad edilib və digər sərəncamla Göyçay RİH başçısı təyin edilib.

Eyni tarixdə Elvin Nazim oğlu Paşayev Göygöl RİH başçısı vəzifəsindən azad edilib və növbəti sərəncamla Qax RİH başçısı təyin edilib.

Elə həmin gün Vüqar Vahid oğlu Novruzov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib və yeni sərəncamla Göygöl RİH başçısı təyin edilib.

Dövlət başçısının həmin gün imzaladığı daha bir sərəncamla Elşən Nazim oğlu Həsənli Kürdəmir RİH başçısı təyin edilib.

Dekabrın 8-də Göygöl RİH İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Şaiq Qənbərli öz ərizəsi ilə vəzifəsindən azad olunub və onun yerinə təyinat olmayıb.

Bundan əlavə, icra hakimiyyətinin xidmət heyətində də kadr islahatı aparılıb. Başçının əmri ilə baş mütəxəssis-sürücüsü (icra başçısının sürücüsü) vəzifəsində çalışan Səxavət Əhədov işdən çıxarılıb, onun yerinə isə Teymur Qasımov təyinat alıb.

Dekabrın 29-da Prezidentin sərəncamı ilə Elxan Oqtay oğlu İbrahimov Nəsimi RİH başçısı vəzifəsindən azad edilib.

Hərbi və Baş prokurorluqlarda təyinatlar, struktur dəyişikliklər

Yanvarın 24-də baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Sumqayıt şəhər prokurorunun müavini İsmayıl Abiyev Siyəzən rayon prokuroru vəzifəsinə təyin edilib.

İyunun 19-da baş prokurorun əmri ilə Natiq Saleh oğlu Abdullayev Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi, Fazil Əsgər oğlu Həsənəliyev Elm-Tədris mərkəzinin rəisi, Mahir Abbasov İstintaqa Nəzarət İdarəsinin rəisi təyin edilib.

Kamran Əliyevin digər əmri ilə Ceyhun Sultan oğlu Kazımov Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi təyin olunub.

İyunun 20-də baş prokurorun əmri ilə, İsfəndiyar Ruslan oğlu Hacıyev Təşkilati və informasiya təminatı idarəsinin, Natiq Zöhrab oğlu Eyvazov isə Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi təyin olunublar.

İyunun 25-də Səadət Rüstəmova Qobustan, Nazim Babayev Qəbələ, Ceyhun Almasov Yevlax, Ramin Hüseynov Göyçay rayonuna prokuror təyin olunub.

Baş Prokurorluğun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Elşad Əzimov Beyləqan rayon prokuroru vəzifəsinə təyin edilib.

Kamran Əliyevin digər əmri ilə Fəxri Vahid oğlu Məmmədov Yardımlı rayonuna prokuror vəzifəsinə gətirilib. Anar Cəfərov 2-ci səlahiyyət müddətinə Ağstafa rayon prokuroru vəzifəsinə təyin olunub.

Vasif Süleymanov ikinci səlahiyyət müddətinə Ağdam rayon prokuroru təyin edilib.

İyulun 14-də baş prokurorun əmri ilə Astara rayon prokuroru Əli Əliyev ikinci səlahiyyət müddətinə təyin edilib.

Baş Prokurorluğun İstintaq İdarəsinin böyük prokuroru Ağakişi Acalov tutduğu vəzifədən azad edilərək Sumqayıt şəhər hərbi prokuroru təyin edilib.

Digər əmrlə Nihad Şıxəliyev Respublika hərbi prokurorun müavini təyin olunub. O bu vəzifədə Mehdi Hüseynzadəni əvəzləyib.

İyulun 15-də baş prokurorun əmrləri ilə Rəşad Bəşirov ikinci səlahiyyət müddətinə Qax rayon prokuroru vəzifəsinə, baş ədliyyə müşaviri Rəşad Məmmədov ikinci səlahiyyət müddətinə Xaçmazın prokuroru vəzifəsinə təyin ediliblər.

Mingəçevir şəhər prokuroru, baş ədliyyə müşaviri Qabil Səfərov tutduğu vəzifədən azad edilərək Zaqatala rayon prokuroru təyin edilib.

Baş prokurorun digər əmri ilə, Bakı şəhər prokurorluğunda Daxili işlər orqanlarına nəzarət şöbəsinin rəisi Pərvin Quliyev vəzifəsindən azad edilərək Mingəçevir şəhərinə prokuror təyin olunub.

Həmçinin Hərbi Prokurorluğun xüsusi istintaq şöbəsinin rəisi, baş ədliyyə müşaviri Emil Tağıyev vəzifəsindən azad edilib. O, Baş Prokurorluğun İstintaq idarəsinin böyük prokuroru vəzifəsinə təyin edilib.

Hərbi Prokurorluğun xüsusi istintaq şöbəsinin rəisi, baş ədliyyə müşaviri Emil Tağıyev vəzifəsindən azad edilərək Baş Prokurorluğun İstintaq idarəsinin böyük prokuroru vəzifəsinə təyin edilib.

İyulun 17-də Baş prokurorun əmri ilə Bakı şəhəri, Səbail rayon prokurorunun köməkçisi Leyla Kərimova Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbə prokuroru vəzifəsinə təyin edilib.

İyulun 22-də ədliyyə müşaviri Samir Sərdar oğlu Əzimzadə Azərbaycan Respublikası hərbi prokurorunun böyük köməkçisi təyin edilib.

İyulun 23-ü baş prokuror Kamran Əliyevin əmri ilə Xalid Ağayev ikinci müddətə Şərur rayon prokuroru vəzifəsinə təyinat alıb.

Saatlı rayon prokuroru Adil Vəliyev vəzifəsindən azad olunub, Elnur Rüstəmov Saatlının yeni prokuroru təyin edilib.

Avqustun 6-da ədliyyə polkovniki Aydın Abdulla oğlu Ələsgərov Hərbi Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili şöbəsinin rəisi vəzifəsinə, ədliyyə polkovniki Eyvaz Nəcməddin oğlu Mustafayev qurumun Cinayət təqibindən kənar icraatlar şöbəsinin rəisi təyin ediliblər.

Avqustun 7-də hərbi prokurorun təqdimatı və baş prokurorun müvafiq əmri ilə ədliyyə polkovnik-leytenantı Bəhruz Şükür oğlu Məmmədov Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Hərbi prokurorluqlarda istintaqa nəzarət idarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Avqustun 19-da Fərid Şükürov Bakının hərbi prokuroru təyin edilib.

Avqustun 20-də baş prokuror Kamran Əliyevin əmri ilə Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin rəisi - idarə rəisinin müavini Anar Nəsibov Şəki rayon prokuroru vəzifəsinə, Şəki rayon prokuroru vəzifəsini icra edən Mehman Xankişiyev isə Sabirabad rayon prokuroru təyin olunublar.

Avqustun 29-da Baş Prokurorluqda struktur dəyişikliyi aparılıb. və İnformasiya Texnologiyaları İdarəsinin tərkibində ilk dəfə Kibertəhlükəsizlik və İnformasiya texnologiyaları şöbələri yaradılıb.

Baş prokuror Kamran Əliyevin əmri ilə Aydın Verdiyev Kibertəhlükəsizlik şöbəsinin, Akif Məmmədyarov isə İnformasiya texnologiyaları şöbəsinin rəisi təyin ediliblər.

Sentyabrın 23-də baş prokuror Kamran Əliyevin əmrinə əsasən, cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru Zamir Paşayev həmin idarənin rəis müavini vəzifəsinə təyinat alıb.

Bunda başqa, Pərviz Əliyev də həmin idarənin böyük prokuroru təyin edilib.

Oktyabrın 15-də Nicat Təhmiraz oğlu Həsənova Respublika Hərbi Prokurorluğunun komendant xidmətinin rəisi vəzifəsini icra etmək həvalə edilib.

Oktyabrın 16-da Azərbaycan Hərbi Prokurorluğunda yeni təyinatlar olub. Ədliyyə polkovnik-leytenantı Vaqif İsmayılov Respublika hərbi prokurorunun böyük köməkçisi vəzifəsinə təyin edilib.

Bundan başqa, Şəmkir hərbi prokurorunun müavini ədliyyə polkovnik-leytenantı Azər Mehdiyev vəzifəsindən azad edilərək, Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru vəzifəsinə təyin olunub.

İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi ədliyyə mayoru Elxan Salamzadə isə Şəmkir hərbi prokurorunun müavini vəzifəsinə gətirilib.

Noyabrın 13-də hərbi prokuror Bəhruz Əhmədov müvafiq əmrinə əsasən ədliyyə polkovnik-leytenantı Azər Vaqif oğlu İbrahimov hərbi prokurorun böyük köməkçisi vəzifəsinə təyin edilib.

Səhiyyə sahəsində kadr dəyişiklikləri

Yanvarın 23-də Əmrah Emil oğlu Məmmədxanlı Abşeron Rayon Mərkəzi Xəstəxanasında (RMX) bölmə müdiri vəzifəsinə təyin olunub.

Martın 6-da Yardımlı RMX-nin direktoru Rasim Əkbərov vəzifəsindən azad edilib. Ravil Həbib oğlu Qənbərov sözügedən vəzifəyə təyin olunub.

Martın 24-də Ağdam RMX-nin direktoru Canəli Nəbiyev vəzifəsindən azad edilib.

Aprelin 5-də Asif Rza oğlu Əhmədov 3 saylı Biləsuvar RMX-nin direktoru vəzifəsinə təyin edilib. Bundan əvvəl Asif Əhmədov həmin xəstəxananın baş həkimi olub. O bu vəzifəsini də icra edəcək.

Aprelin 26-da Əli Mirzəmməd oğlu Nuriyev Ağciyər Xəstəlikləri Mərkəzinin Salyan Regional Xəstəxanasına yeni baş həkim təyin edilib.

Mayın 27-də Rəşadət Nabatov Naxçıvan Muxtar Respublika Xəstəxanasına direktor təyin olunub.

İyunun 5-də Naxçıvan Muxtar Respublikası (MR) Babək RMX-nin baş həkim vəzifəsi Sultan Mirzəliyevə həvalə edilib.

İyulun 7-də Sabunçu Tibb Mərkəzinin Psixosomatika şöbəsinin müdiri vəzifəsi Şəfa Cavadovaya həvalə edilib.

İyulun 16-da Zaur Həsənov "Culfa Regional Tibb Mərkəzi" publik hüquqi şəxsin direktoru vəzifəsinə təyin edilib.

İyulun 25-də Yardımlı RMX-nin direktoru vəzifəsi Ravil Həbib oğlu Qənbərova həvalə edilib.

İyulun 29-da Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Kamil Hacıyev Sabunçu Tibb Mərkəzinin direktorunun cərrahi xidmətlər üzrə müavini, Sevda Əliyeva Xətai Tibb Mərkəzinin direktorunun müavini - baş həkim, Faiq Vəliyev Tovuz RMX-nin direktorunun cərrahi xidmətlər üzrə müavini, Eyvaz Məmmədov isə Lənkəran RMX-nin direktorunun terapevtik xidmətlər üzrə müavini, Xəqani Abasov Hacıqabul RMX-nin direktoru, Ravil Qənbərov Yardımlı RMX-nin yeni direktoru təyin olunublar.

Hacıqabul RMX-nin direktoru Natiq Əliyevin iş yeri dəyişdirilib, o, vəzifəsindən azad edilərək, Şamaxı RMX-yə direktor təyin edilib.

Avqustun 1-də TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Əhsən Yusifov Suraxanı Tibb Mərkəzinin direktorunun müavini, Turanə Rüstəmova Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktorunun müavini, akademik Z.Məmmədov adına xəstəxananın rəhbəri, İlqar Əliyev Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktorunun müavini, Abbas Səhhət adına xəstəxananın rəhbəri, Vüsal Sədrayev Şamaxı RMX-nin direktorunun cərrahi xidmətlər üzrə müavini təyin olunublar. Həmçinin Goranboy RMX-yə Rafayil Mustafayev, Biləsuvar RMX-yə Asəf Məmmədov, Gədəbəy RMX-yə isə Sayiq Səmədov rəhbərlik edəcəklər.

Avqustun 12-də TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Xəzər Tibb Mərkəzinə Mübariz Ağayev, Suraxanı Tibb Mərkəzinə isə Tərlan Bəbirov rəhbərlik edəcəklər.

Avqustun 21-də Cəlilabad RMX-yə Oktay Əmənullayev direktor vəzifəsinə təyin edilib.

Avqustun 22-də TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun əmrinə əsasən, Bahadır Allahverdi oğlu Əhmədov Astara RMX-yə direktor təyin olunub.

Avqustun 26-da TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Cəlilabad RMX-yə Oktay Əmənullayev, Astara RMX-ya Bahadır Əhmədov, Göyçay Rayon Mərkəzi Xəstəxanasına Zahir Əliyev rəhbərlik edəcəklər.

Sentyabrın 1-də Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin (AEM) Tibbi nəzarət şöbəsinin müdiri Teymur Musayev işdən ayrılıb. AEM-in baş direktoru Murad Süleymanovun əmri ilə şöbə müdiri vəzifəsi Rasim Mehdiyevə həvalə edilib.

Oktyabrın 30-da Ağciyər Xəstəlikləri Mərkəzinin Şəmkir Regional Xəstəxanasına Samirə Kazımova baş həkim təyin edilib. S.Kazımova buna qədər Şəmkir RMX-nin tabeliyində fəaliyyət göstərən Kür Qəsəbə Xəstəxanasının baş həkimi olub.

Oktyabrın 31-də TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə akademik Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasına Pərviz Hacıyev rəhbərlik edəcək.

Noyabr 17-də Azərbaycan Tibb Universitetinin Onkologiya Klinikasında müalicə işləri üzrə direktor müavini vəzifəsinə tibb üzrə fəlsəfə doktoru Tamara Sayad qızı Quliyeva təyin edilib.

Dekabrın 6-da Kənan Ənvər oğlu Ağababayev Sabirabad RMX-nin direktoruna inzibati məsələlər üzrə müavin təyin olunub.

Dekabrın 9-da TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun müvafiq əmri ilə Nizami Tibb Mərkəzinin Doğum Evinin rəhbəri Vəfa Hüseynzadəyə direktor vəzifəsinin icrası həvalə edilib.

Təhsil sahəsində kadr dəyişikliyi

Yanvarın 16-da Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecə Xoşqədəm Vidadi qızı Xudiyeva tədris işləri üzrə, Aslan Ələddin oğlu Quliyev isə tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunublar. X.Xudiyeva kollecin direktoru vəzifəsini də müvəqqəti icra edəcək.

Aprelin 18-də Zinyət Əmirova Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri, Kənan Hüseynov isə Təminat, təchizat və təsərrüfat sektorunun müdiri vəzifələrinə təyin ediliblər.

Aprelin 21-də Rahim Ramiz oğlu Novruzov Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdir müavini vəzifəsinə təyin edilib.

Aprelin 22-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktorunun müvafiq əmri ilə Aynur Rüstəmova Abşeron-Xızı Regional Təhsil İdarəsinin, Hafiz Pənahov Şəki-Zaqatala Regional Təhsil İdarəsinin, Hüseyn Hüseynov Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdir müavini vəzifəsinə təyin olunublar. Rövşən Qurbanov Masallı Dövlət Regional Kollecinin direktoru, Sevda Həsənova Azərbaycan Memarlıq və İnşaat Universiteti nəzdində İnşaat Kollecinin direktor müavini təyin edilib, Dürrə Hacıyevaya isə Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru vəzifəsinin müvəqqəti icrası həvalə edilib.

Aprelin 25-də Gəncə Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Regional Kollecdə rəhbər vəzifələrə yeni təyinatlar olub. Xoşqədəm Xudiyevaya kollecin direktoru vəzifəsinə təyin edilib. Tədris işləri üzrə direktor müavini vəzifəsinə isə Aslan Quliyev təyin olunub.

Mayın 21-də MÜTDA-nın direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynovanın əmrinə əsasən, Turanə Məcidli BŞTİ-nin Ümumi təhsilin təşkili sektorunun müdiri vəzifəsinə təyin edilib.

Mayın 22-də Goranboy-Naftalan təhsil sektorunun müdiri vəzifəsi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Daşkəsən rayon təhsil sektorunun müdiri Vüsal Cəfərova həvalə edilib.

İyunun 11-də Azərbaycan Texniki Universitetinin (AzTU) Yüksək Təhsil İnstitutunun direktoru vəzifəsi Aynurə İsmayılovaya həvalə olunub.

İyulun 30-da Elşad Uğurliyev Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli rayon təhsil sektoruna yeni müdir təyin edilib.

Avqustun 4-də Abşeron rayonu Azim Müzəffərov adına Saray qəsəbəsi 2 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Səkinə Abbasova vəzifəsindən azad edilib, o, Xırdalan şəhər 6 nömrəli tam orta məktəbə direktor təyin edilib. Xırdalan şəhər 6 nömrəli tam orta məktəbin direktoru Lamiyə Həsənzadə isə Saray qəsəbəsində yerləşən 2 nömrəli tam orta məktəbə direktor təyin edilib.

Sentyabrın 5-də Gəncə Dövlət Universitetində (GDU) Ruslan Araz oğlu Məmmədov rektorun köməkçisi, İlqar Nadir oğlu Kubışov rektorun elm və təhsil üzrə müşaviri və Lalə Yaşar qızı Məmmədova isə rektorun sosial məsələlər, gənclərlə iş üzrə müşaviri vəzifəsinə təyin olunublar. Anar Əzəm oğlu Ağayev Azərbaycan Tibb Universitetinin (ATU) Tədris işləri üzrə prorektoru vəzifəsinə gətirilib.

Sentyabrın 1-də Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin əməkdaşı Yeganə Ramazanova vəzifəsindən ayrılıb.

Sentyabrın 2-də Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin strukturunda dəyişiklik edilib. Şöbə daxilində Media ilə iş və Rəqəmsal kommunikasiya, qurum və tərəfdaşlarla iş sektorları yaradılıb. Rəqəmsal kommunikasiya, qurum və tərəfdaşlarla iş sektoruna rəhbərlik şöbənin müdir müavini Ayla Həsənova-Məmmədovaya, Media ilə iş sektorunun müdiri vəzifəsi isə şöbənin baş məsləhətçisi Billurə Hacızadəyə həvalə olunub.

Sentyabrın 12-də Sumqayıt şəhəri 39 nömrəli tam orta məktəbə yeni direktor təyin olunub. Bu vəzifəyə 62 yaşlı Vladim İbrahimov gətirilib.

Oktyabrın 1-də Kamran Nəsirov Sabirabad Dövlət Sosial-İqtisadi Kollecinin direktoru, Günel Qasımova isə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.

Oktyabrın 9-da Bakı şəhəri, İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyinin direktoru, professor Nasim Abışov vəzifəsindən azad edilib. Elm və təhsil naziri Emin Əmrullayevin digər əmri ilə Nasim Abışov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində Sənaye və Texnologiya Kollecinə direktor təyin edilib.

Oktyabrın 15-də Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsinin icrası İlqar Şakir oğlu Bayramlıya tapşırılıb.

Oktyabrın 29-da Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarovanın müvafiq əmri ilə Pərviz Müseyibli Azərbaycan Maliyyə-İqtisad Kollecinin, Ramilə Tağıyeva isə Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.

Noyabrın 6-da Elm və Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdir müavini Hüseyn Hüseynov öz ərizəsi ilə işdən çıxıb.

Noyabr 8-də MÜTDA-nın müvafiq əmri ilə Bakı şəhəri Seymur Məmmədov adına 301 nömrəli tam orta məktəbə Ruhiyyə Vaqif qızı İmanova direktor təyin edilib.

Noyabrın 26-da Mingəçevir Dövlət Universitetində (MDU) Elm və innovasiya məsələləri üzrə prorektor vəzifəsi Natəvan Namazovaya həvalə edilib.

Dekabrın 8-də Asim Yusifov Masallı Dövlət Regional Kollecinin, Mərdan Əlizadə isə Sabirabad Dövlət Sosial-İqtisadi Kollecinin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.

Dekabrın 22-də müvafiq əmrlə Mehriban Qasımova Şuşa Humanitar Kollecinin, Bəşir Əliyev isə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecin tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.

Dekabrın 24-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sədrinin müvafiq əmrinə əsasən Səbuhi Qurbanov Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin tədris işləri üzrə direktor müavini, Vüqar Mikayıllı isə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm