Sosial
FHN Muğan regionunda taxıl yığımı ilə bağlı yanğın təhlükəsizliyinə dair müşavirə keçirdi - FOTO
Fövqəladə Hallar Nazirliyi səlahiyyətlərinə uyğun olaraq, kənd təsərrüfatı sahəsində yanğın təhlükəsizliyinin təmin olunması, o cümlədən əhalinin bu istiqamətdə maarifləndirilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Nazirlikdən Publika.az-a verilən xəbərə görə, bu çərçivədə, Nazirliyin Muğan Regional Mərkəzi Dövlət Yanğın Nəzarəti Xidməti ilə birgə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın hadisələrinin qarşısının alınması, eləcə də meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə regional müşavirə keçirib.
Tədbirdə FHN-in yerli strukturlarının, regiondakı rayon icra hakimiyyətlərinin, polis şöbələrinin məsul əməkdaşları, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Regional Meşə Təsərrüfatı Mərkəzinin və Şirvan Milli Parkının, Kənd Təsərrüfatı Nazirliyi Dövlət Aqrar İnkişaf Mərkəzinin səlahiyyətli nümayəndələri, bələdiyyə sədrləri və iri təsərrüfat sahibləri iştirak ediblər.
Müşavirədə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə, eləcə də meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyinin təmin edilməsi, həmçinin açıq sahələrdə yanğın təhlükəsi yaradan quru ot, kol-kos, məişət tullantılarının vaxtında təmizlənməsi ilə əlaqədar aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılıb, yanğın təhlükəsizliyi ilə bağlı müvafiq qaydalar izah olunub.
Tədbirdə yerli qurumlar tərəfindən də əhali arasında bu sahədə maarifləndirmə işinin aparılmasının vacibliyi vurğulanıb.
Müşavirədə mövzu ilə bağlı geniş müzakirələr aparılıb, zəruri tövsiyələr verilib, suallar cavablandırılıb.
-
Qoroskop19:36Bu bürclər birlikdə olmaq üçün yaradılıblar
-
İdman18:24Dünya çempionatında Azərbaycana ilk medalı o qazandırdı
-
Magazin114:24Rəqsanə həbsdən sonra tanınmaz halda - FOTO
-
Rəsmi xronika13:40İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 12:46İlham Əliyevlə Putin arasında telefon danışığı - Nələr müzakirə olunub?
-
MDB12:00Peskovun həyat yoldaşı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir? - Məhkəməyə üz tutdu
-
İdman11:24Dünyanın ən seksual voleybolçusu bu FOTOLARLA fanatlarını dəli etdi
-
Dünya10:54Son dəqiqə: Netanyahu Trampla görüşə bilmək üçün Qəzza ilə bağlı qərarı təsdiqlədi






.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)

















.jpg)




.webp)









