Nida Təhlil
Süni İntellekt İrəvanı çətinə saldı: Azərbaycandan Ermənistana nələr verilib?
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov sosial şəbəkə hesabında diqqətçəkən paylaşım edib.
Publika.az xəbər verir ki, keçmiş nazir bildirib ki, erməni seqmentində “kiçik və real Ermənistan” anlayışı ətrafında müzakirələr gedir və Ermənistanın baş naziri Nikol Paşinyanın bunu simvol kimi istifadə etdiyi vurğulanır.
Zülfüqarov daha sonra qeyd edib ki, onun üçün əsas sual Sovet hakimiyyətinin Azərbaycan hesabına Ermənistana etdiyi ərazi “paylamaları” ilə razılaşıb-razılaşmamaqdır.
Bununla bağlı o, Süni İntellektə “1920-ci ildən sonra SSRİ Azərbaycandan Ermənistana hansı əraziləri verib?” sualını ünvanladığını bildirib və aldığı cavabı izləyiciləri ilə bölüşüb.
Paylaşımda Süni İntellektin cavabı belə təqdim olunub:
“1920-ci ildən sonra, Zaqafqaziyada sovet hakimiyyətinin qurulması və inzibati-ərazi bölgüsünün aparılması prosesində Ermənistana Azərbaycan SSR-in geniş sərhəd əraziləri verilib, onların ümumi sahəsi 20 min kvadrat kilometrdən çox olub”.
Ardınca isə ərazi dəyişikliklərinin xronologiyası yer alıb:
1920-ci ilin dekabrı - Qərbi Zəngəzur: Sovet Azərbaycanının partiya rəhbərliyinin qərarı ilə Zəngəzur qəzasının qərb hissəsinin Ermənistanın tərkib hissəsi kimi tanındığı, bunun 1921-ci ilin iyulunda yekunlaşdırıldığı və nəticədə Naxçıvanın Azərbaycanın əsas hissəsindən ayrıldığı bildirilib.
1922-ci ilin oktyabrı - Qazax qəzasının torpaqları: Qazax qəzasından Ermənistanın xeyrinə 4141 kvadrat kilometrdən çox yararlı və otlaq torpaqlarının ayrıldığı qeyd olunub.
1929-cu ilin fevralı - Şinix-Ayrım rayonu: Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Şinix-Ayrım bölgəsindən 4000 desyatin ərazinin Ermənistana verildiyi vurğulanıb.
1929-cu ilin fevralı - Naxçıvan kəndləri: Naxçıvan MSSR-dən Gurdqulaq, Xaçik, Qoradiz kəndlərinin və bəzi digər ərazilərin Ermənistana verildiyi iddia olunub.
1930-cu il - Meğri rayonunun yaradılması: Əvvəllər Naxçıvan MSSR və Cəbrayıl qəzasına aid edilmiş torpaqlar hesabına Meğri rayonunun yaradıldığı və bunun Naxçıvanın quru əlaqəsinin ayrılmasını rəsmiləşdirdiyi qeyd edilib.
Paylaşımın sonunda Zülfüqarov bildirib ki, bu məlumat Süni İntellektin cavabıdır və maraqlanan şəxslər həmin tətbiqdən istifadə edərək sualları özləri də verə bilərlər.
Müəllif: Adəm Abbaslı
-
Region15:24Ermənistanda bu kəndlərdə məktəblər bağlanır, əvəzində avtobuslar olacaq
-
Nida Xəbər 15:18Azərbaycanda 2 yeni institut YARADILDI - RƏSMİ
-
İdman14:16Oktaqonların gözəlindən qaynar - FOTOLAR
-
İdman13:16Ronaldo və Messi yenidən üz-üzə: DÇ-2026-nın dörddəbir finalında qarşılaşa bilərlər
-
Hadisə13:09Bakıda şagird məktəbin pəncərəsindən yıxıldı
-
Rəsmi xronika12:20Nazir müavini təyin olunan Ağakərim Səmədzadə kimdir?
-
Dünya11:47Dəhşətli dərəcədə yaxındır - ABŞ-dan İran xəbərdarlığı
-
Sosial11:40Pensiya alanların nəzərinə








.jpg)


























.jpg)


