Sosial
Bu ərazidəki 22 ev söküləcək: Sakinlərə kompensasiya veriləcək
Bakının Xətai rayonu ərazisində su kollektorunun üzərində olan 22 ev müəyyən edilib.
Publika.az xəbər verir ki, bunu "Report”a Xətai rayon prokuroru Sərdar İmanov deyib.
Onun sözlərinə görə, araşdırma zamanı həmin evlərin vaxtilə su idarəsinin razılığı ilə tikildiyi məlum olub:
"Lakin o evlərin tikildiyi ərazidən magistral su xətti keçir. Bu səbəbdən NZS qəsəbəsindəki 22 evin sökülməsi və kompensasiya verilməsi təmin ediləcək. Hazırda sakinlərin razılığı ilə evlərin köçürülməsi istiqamətində iş gedir. Keşlə və NZS qəsəbələrində müasir kollektor çəkilir ki, gələcəkdə problem olmasın. Bəziləri orada qanunsuz torpaq zəbt edərək ev tikib və illərdir ki, orada yaşayırlar. Biz də tərəfdarı deyilik ki, 20 il əvvəl tikilmiş evlər sökülsün. Ona görə də həmin evlərin hissə-hissə rəsmiləşdirilməsi həyata keçirilir”.
-
Cənubi Qafqaz21:15Paşinyanın partiyası seçkilərdə səslərin neçə faizini topladı? - Ekzit-poll nəticələri
-
Dünya19:13Bu, hər kəs üçün qlobal kabusa çevriləcək - Hakan Fidan
-
Hadisə18:12Azərbaycanda zəlzələ oldu
-
Sosial17:44Azyaşlının əlillik müavinəti hər il kəsilir - VİDEO
-
Magazin217:06Aleyna Solaker Berkə ərə gedir
-
Digər16:03Əfqanıstanda çadra əvəzinə hicab geyinənlərə qarşı reyd keçirildi
-
Region15:45Revanşist Baqrat da fəallaşdı - Arxiyepiskopdan xalqa çağırış
-
MDB15:14Məşhur çimərlikdən istifadəyə qadağa qoyuldu - Sanitariya problemləri var

































