Sosial
Leyla Əliyevanın təşəbbüsü ilə aztəminatlı ailələrə bayram sovqatları çatdırıldı - FOTO
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə aztəminatlı ailələrə bayram sovqatları çatdırılıb.
Publika.az xəbər verir ki, "Bizim Mətbəx" sosial layihəsi çərçivəsində həyata keçirilən xeyriyyə aksiyasında könüllülərin iştirakı ilə Bakı şəhərinin Qaradağ rayonunda və Yevlax şəhərində yaşayan 200 aztəminatlı ailəyə ərzaq qutuları təqdim olunub.
Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Bizim Mətbəx" sosial layihəsinin əsas məqsədi aztəminatlı ailələrə və ehtiyacı olan şəxslərə isti yeməklər və qida yardımları təqdim edərək cəmiyyətimizdə həmrəylik ruhunu daha da gücləndirməkdir. Fəaliyyətə başladığı gündən etibarən "Bizim Mətbəx" könüllüləri Bakı və ətraf bölgələrdə yaşayan yüz minlərlə insana isti yeməklər və qida yardımları təqdim edərək onların gündəlik həyatına isti münasibət və ümid bəxş etməyə nail olublar.
Qeyd edək ki, "Bizim Mətbəx" layihəsinin veb-saytı (https://bizimmetbex.az/) artıq bir ildən çoxdur ki, istifadəyə verilib və bu platforma vasitəsilə vətəndaşlar ianə edə, həmçinin könüllü kimi layihəyə qoşula bilirlər.
-
Region23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin122:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ
-
İdman19:48PSJ Luis Enrikeyə bu qədər maaş təklif edir
-
ABŞ19:00Argentina İranın müvəqqəti işlər vəkilinə iki gün vaxt verdi














.png)



















