Sosial
Qax rayon Mərkəzi Xəstəxanasında yanğın-taktiki təlim keçirildi - VİDEO / FOTO
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə Qax rayon Mərkəzi Xəstəxanasında “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda yanğın-taktiki təlim keçirilib.
Nazirlikdə Publika.az-a verilən xəbərə görə, Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti xidmətlərinin müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd tibb müəssisəsinin kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı davranış qaydalarının aşılanması olub.
Əvvəlcə, təlimin nəzəri hissəsində FHN-in əməkdaşları tərəfindən xəstəxananın kollektivinə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verilib, bu barədə videoçarxlar nümayiş etdirilib.
Sonra təlimin praktiki hissəsinə start verilib.
Belə ki, şərti yanğın zamanı “həyəcan” siqnalı verildikdən sonra FHN-in yanğın-xilasetmə bölmələri operativ qaydada hadisə yerinə çataraq xəstəxananın müvafiq personalı ilə əlaqəli şəkildə obyektin təxliyə planına uyğun insanların təhlükəsiz yerə təxliyəsini həyata keçirib, paralel olaraq “yanğınla mübarizə” tədbirləri yerinə yetirilib, habelə şərti xəsarət almış şəxslərə “ilkin yardım göstərilib”.
Təlim uğurla başa çatıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub.
Qeyd edək ki, bu cür tədbirlər Fövqəladə Hallar Nazirliyi tərəfindən mütəmadi olaraq təşkil edilir.
-
Sosial01:30Bakıda yaşayış binasında YANĞIN: Ağır xəsarət alan var - VİDEO/YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Gizli qalan həqiqətlər üzə çıxacaq
-
Sosial8 Yanvar 23:36Reabilitasiya Mərkəzindən qaçan Nəsimi Nəbizadə görün harada gizlənir - YENİLƏNDİ
-
ABŞ8 Yanvar 23:00Azərbaycanlı gənc ABŞ-də İTKİN DÜŞDÜ
-
Magazin18 Yanvar 22:48Elnarə Abdullayeva onun cavabını efirdən verəcək - “Gözdə-qulaqda olun”
-
İdman8 Yanvar 22:12"Zenit" ən bahalı əcnəbi oyunçusunu görün neçəyə satdı
-
MDB8 Yanvar 21:48Moskvaya uçan təyyarə buna görə fəlakət siqnalı verib - YENİLƏNDİ
-
Magazin28 Yanvar 20:48Məşhur xanım reperdən KİŞİLƏRƏ MƏSLƏHƏT - Bananı belə yeyin


























.jpg)












