Sabah bu ərazilərdə qaz kəsiləcək
Bizi izləyin

Sosial

Sabah bu ərazilərdə qaz kəsiləcək

Sabirabad rayonunun bəzi kəndlərinin qaz təchizatında fasilə yaranacaq.

Publika.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilir ki, Sabirabad rayonunun Qarağac, Minbaşı, Dadaşbəyli kəndlərini, həmçinin Şirvan şəhəri Bayramlı qəsəbəsini (1537 abonent) təbii qazla təmin edən Dş 200 mm-lik yeraltı politlen qaz kəmərini digər təşkilata məxsus texnikanın zədələməsi nəticəsində qaz təchizatı 28.01.2026-cı il saat 17:50-dən etibarən dayandırılmışdır. Təmir işlərinin görülməsi və qaz təminatının bərpası növbəti günə planlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm