Sosial
Göygöl İcra Hakimiyyətində ixtisarlar: Bir nəfər işdən çıxarıldı
Göygöl rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini və baş məsləhətçi vakant yerlərini ləğv edib.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini İlqar Məmmədov Tülallar kənd icra nümayəndəsi, həmin şöbənin baş məsləhətçisi Fuad Məmmədov isə Balçılı kənd icra nümayəndəsinin müavini vəzifəsinə təyin olunub.
İcra Hakimiyyətində baş mütəxəssis vəzifəsində çalışan İlhamə Verdiyeva isə ixtisara düşərək işdən azad olunub, ona yeni iş yeri təklif edilməyib.
Eyni zamanda sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində çalışan məsləhətçi Zaur Mustafayev də ixtisara düşənlər arasındadır.
İcra Hakimiyyətində baş mütəxəssis vəzifəsində çalışan İlhamə Verdiyeva ixtisara düşərək işdən azad olunub, ona yeni iş yeri təklif edilməyib.
Qeyd edək ki, Vüqar Novruzov 2025-ci ilin noyabr ayında Prezident İlham Əliyevin imzaladığı sərəncamla Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 2 Aprel 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq2 Aprel 20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ














.jpg)




















