Sosial
Bakıda yaşayış binasında YANĞIN: Ağır xəsarət alan var - VİDEO/YENİLƏNDİ
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Publika.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Daxil olan məlumat əsasında dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.
Hadisə yerində aparılan ilkin qiymətləndirmə zamanı müəyyən olunub ki, yanğın 17 mərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində yerləşən mənzildə baş verib və alovun digər mənzillərə keçmə təhlükəsi mövcud olub.
FHN qüvvələrinin operativ müdaxiləsi nəticəsində yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülməsi təmin edilib.
Yanğın nəticəsində ümumi sahəsi 119 kvadratmetr olan üçotaqlı mənzilin dəhlizində bir ədəd yataq dəsti yanıb, dəhlizin divar kağızları 9 kvadratmetr sahədə zədələnib, otaqların və hamamın qapıları qismən yanıb. Yüksək temperaturun təsirindən hamamın lambirdən ibarət tavanı 5 kvadratmetr sahədə deformasiyaya uğrayıb.
Xilasedicilər tərəfindən xəsarət alan bir nəfər təcili tibbi yardım briqadasına təhvil verilib. Eyni zamanda bina sakinləri təhlükəsizlik məqsədilə təxliyə olunub.
Mənzilin qalan hissəsi, eləcə də qonşu mənzillər yanğından mühafizə edilib.
xxx
00:50
Bakı şəhərində yaşayış binasında yanğın başlayıb.
Publika.az "Report"a istinadla xəbər verir ki, hadisə metronun "Həzi Aslanov" stansiyasının yaxınlığında yerləşən hündürmərtəbəli yaşayış binasında qeydə alınıb.
Yanğınla əlaqədar əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində operativ tədbirlər görülür. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 2 Aprel 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq2 Aprel 20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ
















.jpg)


















