Sosial
Bu nişan sürücüyə üstünlük vermir
“Son zamanlar sosial şəbəkələrdə müzakirə olunan 5.53 məlumatverici yol nişanı ilə bağlı diqqətə çatdırmaq istərdim ki, bu nişanla təchiz edilmiş yolayrıclarında nəqliyyat vasitələrinin davamlı şəkildə sağa dönməsinə icazə verilir. Sözügedən yol nişanı hərəkətin fasiləsizliyinin təmin edilməsi, süni tıxacların qarşısının alınması və yolun buraxıcılıq qabiliyyətinin artırılması məqsədilə tətbiq olunur”.
Publika.az xəbər verir ki, bunu Baş DYP İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rövşən Tağıyev bildirib.
Onun sözlərinə görə, 5.53 yol nişanı sürücüyə üstünlük hüququ vermir: “Bu nişanın mövcudluğu sağa dönən sürücünü digər yol hərəkəti iştirakçıları qarşısında məsuliyyətdən azad etmir və diqqətli davranmaq öhdəliyini aradan qaldırmır.
“Yol hərəkəti haqqında” Qanunun tələblərinə uyğun olaraq, 5.53 nişanı tətbiq edilmiş yolayrıcında sağa dönən sürücü yolayrıcına digər istiqamətlərdən hərəkət edən nəqliyyat vasitələrinə, eləcə də dönmə zamanı hərəkətinə icazə verilmiş piyadalara mütləq şəkildə yol verməlidir. Bu tələblərə riayət olunması yolayrıclarında qəza riskinin azaldılmasına və ümumi hərəkətin təhlükəsizliyinin təmin edilməsinə xidmət edir.
Nəzərə almaq lazımdır ki, hər bir yol nişanı yollarda nizamlı hərəkətin təmini və təhlükəsizlik məqsədi ilə tətbiq olunur. Yol nişanlarının düzgün anlaşılması və onların tələblərinə əməl edilməsi yollarda qarşılıqlı hörmətin, nizamlı hərəkətin və ən əsası insan həyatının qorunmasının əsas şərtlərindən biridir”.

-
Dünya06:16Üç həftəlik yanacaq ehtiyatı qaldı - Fəlakətli nəticələrə səbəb olacaq...
-
Qoroskop01:40Günün ulduz falı: Bu mövzularda ehtiyatlı olun!
-
Hadisə01:20Bakı-Quba yolunda dəhşətli qəza: Bacı və qardaş öldü
-
Kriminal00:35Əmisi tərəfindən öldürülən 14 yaşlı Həqiqətin FOTOSU
-
İdman1 Fevral 22:25Qurbanovdan qoldakı ofsayd şübhəsi ilə bağlı AÇIQLAMA
-
ABŞ1 Fevral 22:10ABŞ İrana hücum hazırlıqlarıa başladı
-
Dünya1 Fevral 20:28Mədənçilərin olduğu avtobusa dronlarla hücum edildi - Çoxlu sayda ölən var
-
Hadisə1 Fevral 19:00Əmi 12 və 14 yaşlı qardaşı uşaqlarını baltaladı - TƏFƏRRÜAT/YENİLƏNDİ






























.jpg)






