Sosial
Azərbaycanda bu adda QHT də varmış - “Azərdovşansaxlayan”
“Azərbaycan dilinə sevgi təkcə şüarlarda yox, danışıqda, yazıda, mediada, məktəbdə, ailədə öz əksini tapmalıdır”.
Publika.az Qafqazinfo-ya istinadla xəbər verir ki, bunu “Azərbaycan dilinin təmizliyi: milli əmanətin qorunması uğrunda səfərbərlik” mövzusunda QHT-lərin və alimlərin iştirakı ilə keçirilən ictimai müzakirələrdə Mirzə Ələkbər Sabir Fondunun sədri, əsərləri dövlət varidatı elan edilmiş M.Ə.Sabirin nəvəsi Sevda Tahirli bildirib.
S.Tahirli müxtəlif vaxtlarda dövlət qeydiyyatından keçmiş QHT-lərin adlarında dilə xələl gətirən çoxsaylı nöqsanlara yol verildiyini diqqətə çatdırıb: “Biz monitorinqlərdə Azərbaycanda çox qəribə QHT adlarına rast gəlmişik. Məsələn, “Azərdovşansaxlayan” Azərbaycan dovşançılıq və həvəskar heyvandarlar könüllü cəmiyyəti”. Bu, nə deməkdir?! Bəzi QHT-lərin adları QHT sektorunda bu gün aparılan dərin islahatların məzmununa, dilin qorunması barədə qaldırdığımız məsələlərə uyğun gəlmir. Yaxşı olardı ki, hər bir QHT öz adına yenidən baxsın, zərurət varsa, müvafiq dəyişikliklərin edilməsi üçün aidiyyəti üzrə Ədliyyə Nazirliyinə müraciət etsin”.
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 2 Aprel 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq2 Aprel 20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ
















.jpg)


















