Sosial
Qəbələdə “Zəfər Yolçuları: Bir Qəhrəman – Bir Hekayə” adlı tədbir keçirildi - FOTO
Yanvarın 17-də Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Üfüq” Gənclərin İnkişafı Naminə İctimai Birliyi tərəfindən “Zəfər Yolçuları: Bir Qəhrəman – Bir Hekayə” layihəsi çərçivəsində Vətən müharibəsinə həsr olunmuş maarifləndirici tədbir keçirilib. Tədbir Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunub.
Tədbirdə peşə təhsili müəssisəsinin tələbələri, Vətən müharibəsi iştirakçıları, qazilər və şəhid ailələrinin üzvləri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin təlim-tərbiyə üzrə direktor müavini Reyhan Məmmədova bu tip layihələrin gənclərdə vətənə bağlılıq, milli ruh və vətəndaş məsuliyyətinin formalaşmasında mühüm rol oynadığını qeyd edib.
Ardınca “Üfüq” Gənclərin İnkişafı Naminə İctimai Birliyinin sədri və layihənin rəhbəri Həzrət Bədiyev çıxış edərək bildirib ki, layihənin əsas məqsədi Zəfər tariximizin canlı şahidləri olan qazilərin həyat və döyüş hekayələrini gənc nəslə çatdırmaq, müharibə dövründə göstərilən fədakarlıqları milli yaddaşda yaşatmaqdır.
Tədbir çərçivəsində Vətən müharibəsi qaziləri və şəhid ailələrinin nümayəndələri çıxış edərək keçdikləri döyüş yolu, qarşılaşdıqları çətinliklər və Vətən uğrunda göstərilən qəhrəmanlıq nümunələri barədə danışıblar. Müharibə iştirakçısı Orxan Babazadə gənclərlə öz həyat hekayəsini bölüşərək onları daim Vətənə sədaqətli olmağa çağırıb.
Eyni zamanda Vətən müharibəsində iştirak etmiş Xüsusi Təyinatlı Qüvvələrin mənsubu olan qazilər – İlham Əliyev, Rafail Nuriyev və Turab Allahverdiyevin, eləcə də qazilər Elnur Rəsulov və Hasil Hümbətovun döyüş yolu və həyat hekayələrini əks etdirən videoçarxlar nümayiş etdirilib. Video materiallar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Tədbirin sonunda fəal iştirak edən gənclərə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Zəfər Yolçuları: Bir Qəhrəman – Bir Hekayə” layihəsi gənclər arasında milli şüurun möhkəmləndirilməsi, Zəfər tarixinin təbliği və qəhrəmanlıq irsinin gələcək nəsillərə ötürülməsi məqsədi daşıyır.
-
Magazin214:49Məşhur bloger elə görüntüsünü paylaşdı ki... - FOTO
-
Maraq dünyası14:39Qadına kömək etdi, özü ölümdən geri döndü - VİDEO
-
Magazin214:2870 yaşlı keçmiş siyasətçi çimərlik geyimində poza verdi - FOTO
-
MDB14:09Ukrayna ordusu bir neçə istiqamətdə irəlilədi
-
Nəqliyyat13:48DYP-dən sürücülərə xəbərdarlıq
-
Ekologiya11:45Bəzi rayonlara qar yağır - FAKTİKİ HAVA
-
İdman11:34Hələ belə avtoqol olmamışdı - VİDEO
-
Dünya11:26Ticarət mərkəzindəki dəhşətli yanğında ölənlərin sayı 5-ə çatdı - YENİLƏNİB



































