Sabah bu ərazidə qaz olmayacaq
Bizi izləyin

Sosial

Sabah bu ərazidə qaz olmayacaq

Sabah Biləsuvarın bəzi küçələrində qaz təchizatı dayandırılacaq.

Bu barədə Publika.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Biləsuvar şəhəri T.İsmayılov küçəsində quraşdırılmış qaz tənzimləyicisinin şəhərin Təyyarə Meydanı ərazisində quraşdırılmış QSQO-800 tipli qaz tənzimləyicisi ilə yerinin dəyişdirilməsi məqsədilə aparılacaq işlərlə əlaqədar olaraq, Biləsuvar şəhərinin S.Vurğun, B.Abbasov, A.M.Hüseyn, Ş.Qurbanov, Xəqani, Nizami və M.İbrahimov küçələrinin bir hissəsində, həmçinin Təyyarə Meydanı adlanan yaşayış massivində yerləşən abonentlər daxil olmaqla, ümumilikdə 800-ə yaxın abonentin qaz təchizatının sabah saat 14:00-dan etibarən işlər yekunlaşanadək dayandırılması planlaşdırılır.

"Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamanızı və təhlükəsizlik tədbirlərinə ciddi şəkildə riayət etməyinizi xahiş edirik," - deyə qurum qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm