Sosial
Mədəniyyət naziri Ağsuda vətəndaşları qəbul etdi - FOTO
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən hər ay şəhər və rayonlarda vətəndaş qəbulu təşkil olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən keçirilən görüşlərdə sakinlərin müraciətləri dinlənilir, qaldırılan məsələlərin həlli istiqamətində tədbirlər görülür. Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli yanvarın 23-də Ağsu rayonunda vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl nazir və Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov Ümummilli Lider Heydər Əliyevin Ağsu şəhərində ucaldılmış abidəsi önünə çiçək dəstəsi qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.
Ağsu rayon Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Ağsu, Şamaxı, Qobustan, İsmayıllı rayonlarından olan vətəndaşlar müraciətlərini diqqətə çatdırıblar. Müraciətlər, əsasən, məşğulluq, iş yerinin dəyişdirilməsi, mədəniyyət sahəsinə dair layihələr, təşəbbüslər və digər məsələlərlə bağlı olub.
Mədəniyyət naziri vətəndaşların xahiş və təkliflərini dinləyib, qeyd olunan hər bir məsələnin operativ araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı addımlar atılacağını bildirib.
Qəbulda şəhid ailələri və qazilər tərəfindən qaldırılan məsələlərə xüsusi diqqətlə yanaşılması və obyektiv baxılması ilə bağlı nazirliyin məsul əməkdaşlarına tapşırıqlar verilib.
-
Qoroskop02:00Günün ulduz falı: sevgi xırda detallarda gizlənəcək
-
İdman01:20Messi ilə bağlı planı açıqladı: Seçkidə qalib gəlsə…
-
Hadisə00:55Keçmiş axundun oğlu qəza törətdi: Ölən və yaralananlar var - Foto
-
Nəqliyyat00:35Aeroport yolu bağlandı
-
Ekologiya13 Fevral 23:35Fevralda 20 dərəcə isti - Bahar havası neçə gün davam edəcək?
-
Ekopublika.az13 Fevral 22:20"Sea Breeze"də 500 min kv.m yer alan biznesmen kimdir?
-
Dünya13 Fevral 21:52ABŞ İrana görün nə göndərib: minlərlə ədəd... - Məqsəd nə olub?
-
Sosial13 Fevral 21:13Müjdə verildi: Hər kəs şəhərdən kəndə axın edəcək







.jpg)



.jpg)


















.jpg)





