ADY Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin etdi
Bizi izləyin

Sosial

ADY Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin etdi

Azərbaycan Dəmir Yolları (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə fevralın 1-də Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.

Bu barədə Publika.az-a qurumdan məlumat verilib.

Bildirilib ki, sərnişinlər eyni zamanda bu istiqamət üzrə gündəlik fəaliyyət göstərən Bakı–Qazax–Bakı marşrutu ilə də səfər edə bilərlər.

Qeyd edək ki, biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi internet saytından, eləcə də “ADY Mobile” mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm