Sosial
Repetitorsuz hazırlaşaraq 300 bal topladı
15 mart 2026-cı il tarixində keçirilmiş buraxılış imtahanının nəticələrinə əsasən 300 bal toplayan şagirdlərin siyahısı elan olunub.
Publika.az AzEdu.az-a istinadən xəbər verir ki, onlardan biri də Qusar rayonu, Yuxarı Zeyxur kənd orta məktəbinin şagirdi Qayıbova Emiliya Vitalik qızıdır.
O bildirib ki, belə bir nəticəni özündən gözləyirdi:
"Nəticəmi öyrənəndən sonra çox sevindim. Açığı, müəyyən qədər yüksək bal toplayacağımı bilirdim, amma bəzi məqamlarda da şübhələrim var idi. Nəticədə isə 300 bal topladım”.
Heç bir hazırlığa getmədən bu nəticəni əldə edib:
"Əsasən öz üzərimdə çox çalışmışam. Müstəqil şəkildə hazırlaşmışam, heç bir hazırlıq kursuna getmədən imtahana hazırlaşdım və bu nəticəni əldə etdim”.
O hələ universitet seçimi etmədiyini qeyd edib:
"Hələ universitet seçimi dəqiq deyil, amma əsas hədəfim kompüter elmləri ixtisası üzrə təhsil almaqdır".
Maksimum nəticə əldə etmək istəyən abituriyentlərə isə belə tövsiyə verib:
"Mən tövsiyə edərdim ki, hər bir şagird müstəqil şəkildə çox çalışsın, öyrənmək istədiyi mövzuları çəkinmədən müəllimlərdən soruşsun və ən əsası özünə və uğur qazanacağına ürəkdən inansın”.
-
Maraq dünyası09:12Bu bürclərin 15-31 may tarixlərində pul sarıdan bəxtləri gətirəcək
-
Magazin108:36Vəfat edən əri ilə bağlı paylaşım etdi - VİDEO
-
İdman08:00Fransa dünya çempionatına bu heyətlə gedir
-
Magazin106:16Nəsrinin serialı nə vaxt başlayır?
-
Avto05:15Ən ucuz avtomobil 2030-cu ilə qədər yoxa çıxa bilər - FOTO
-
Sosial04:14Mətanət Qarayeva vəzifəsindən azad edildi
-
Magazin101:11Bu il də finala keçə bilmədik
-
Magazin100:30Təmsilçimiz ikinci yarımfinalda çıxış etdi - VİDEO

































.jpg)



