Sosial
“Azərsun Holdinq”dən fermerlər üçün maarifləndirici görüşlər - Fotolar
“Azərsun Holdinq” şəkər çuğunduru becərilməsinin inkişafı, fermerlərin bilik və bacarıqlarının artırılması, eləcə də bu sahədə məhsuldarlığın yüksəldilməsi məqsədilə Dövlət Aqrar İnkişaf Mərkəzlərinin dəstəyi ilə Bərdə, Ağdam və Tərtər rayonlarında fermerlərlə silsilə maarifləndirici görüşlər təşkil edib.
Publika.az xəbər verir ki, görüşlər çərçivəsində fermerlər şəkər çuğundurunun düzgün becərilmə texnologiyası, aqrotexniki qaydalara riayət olunması, məhsuldarlığın artırılması yolları, bitkinin qidalanma sistemi və müasir becərmə yanaşmaları barədə ətraflı məlumatlandırılıb.
Maarifləndirici görüşlərdə müvafiq sahə üzrə mütəxəssislər fermerlərlə bilik və təcrübə mübadiləsi aparıblar.
Nəticə etibarı ilə bölgələrdə şəkər çuğunduru əkininə marağın artdığı müşahidə olunub ki, bu da gələcəkdə yerli xammal bazasının möhkəmləndirilməsi və davamlı kənd təsərrüfatının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
“Azərsun Holdinq” bundan sonra da fermerlərin maarifləndirilməsi, yüksək məhsuldarlığın təmin olunması və şəkər çuğunduru istehsalının inkişafı istiqamətində dəstək tədbirlərini davam etdirəcək.



-
Nida Xəbər 11:27Naxçıvana yeni baş nazir təyin olundu - FOTO
-
Avropa10:54Dünya səksəkədə: Makronun hər şeyi kökündən dəyişəcək çıxışı gözlənilir
-
İdman10:00"Real"ın əvəzedilməz futbolçusunun sirli sevgilisi - FOTOLAR
-
Sosial09:30Hamlet İsaxanlının qızları: Görün nə işlə məşğuldurlar - FOTO
-
İdman09:12Futbol tarixində belə qalmaqal olmamışdı: "İçimə cin girib" dedi və...
-
Səhiyyə09:00Soyuducu qapısında saxlanılan dərmanlar öldürə bilər - Xəbərdarlıq
-
Sağlamlıq08:00Bunu səhərlər içsək, ömrümüz 2 ilə qədər uzana bilər
-
ABŞ07:47Mask iki planetdə şəhərlər salacağına söz verdi





































