Sosial
Amnistiya aktı 15 mindən çox şəxsə şamil edilib
"Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarı 22 dekabr 2025-ci il tarixdən 8 fevral 2026-cı il tarixədək prokurorluq və məhkəmə orqanları ilə birgə Ədliyyə Nazirliyinin Penitensiar və Probasiya xidmətləri, habelə İstintaq idarəsi üzrə 15 min 119 şəxs barəsində tətbiq olunub.
Bu barədə Publika.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, amnistiya tətbiq olunan şəxslərin 5 min 148-i müəyyən müddətə azadlıqdan məhrumetmə, 8 min 914-ü isə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalardan azad edilib. Bundan əlavə, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 1045 nəfərin cəzası 6 ay azaldılıb. 12 nəfər isə cinayət məsuliyyətindən azad edilib (ədliyyə orqanlarının istintaq aidiyyəti üzrə)
Cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərdən Vətən müharibəsində iştirak etdiyinə görə 15 nəfər və qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatdığına görə 15 nəfər də cəzadan azad edilənlər arasında yer alıb.
Amnistiya tətbiq olunmuş şəxslərdən 1 min 216-sı böyük ictimai təhlükə törətməyən, 13 min 54-ü az ağır, 849-u ağır cinayətlər törətmiş şəxslərdir.
Ümumilikdə amnistiya tətbiq olunmuş şəxslərdən 14 min 345-i kişi (onlardan 18-i yetkinlik yaşına çatmayan şəxslərdir), 774-ü isə qadındır.
Amnistiya aktının icrası davam etdirilir.
-
Hadisə09:03Qobustanda qazıntı işləri zamanı torpaq çöküb: Ölən və yaralı var - VİDEO
-
ABŞ07:47Trampdan KRİTİK AÇIQLAMA - “Ölkələrinə kimin rəhbərlik etdiyini belə bilmirlər”
-
İKT07:30Smartfonu kilidləməyin ən etibarlı yolu
-
İdman06:46Tarixə düşən qələbə - Hələ beləsi olmamışdı
-
Magazin206:16"Eşref Rüya"da növbəti ayrılıq - FOTO
-
Magazin203:4353 yaşında gənc qızlara meydan oxuyur - FOTO
-
Region02:12Zelenski Qafqaz ölkələrinə HHM sahəsində əməkdaşlıq təklif etdi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Ağıllı addımlar sizə uğur gətirəcək



















.jpg)














