Sosial
“Bazarstore” qanvermə aksiyası keçirdi - Foto
Sosial məsuliyyət strategiyası çərçivəsində “Bazarstore” marketlər şəbəkəsinin baş ofisində Səhiyyə Nazirliyi Respublika Qan Bankının tərəfdaşlığı ilə növbəti qanvermə aksiyası həyata keçirilib.
Aksiya talassemiya xəstəliyindən əziyyət çəkən azyaşlıların müalicəsinə dəstək olmaq məqsədi daşıyıb. Könüllülük prinsipi əsasında təşkil edilən qanvermə aksiyasında “Bazarstore”un 50-yə yaxın əməkdaşı iştirak edib.
Aksiya zamanı toplanan qan ehtiyatları Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Qan Bankına təhvil verilib. Qanvermə prosesindən öncə hər bir donorun sağlamlıq vəziyyəti peşəkar həkim-hematoloqlar tərəfindən diqqətlə yoxlanılıb, zəruri tibbi müayinələr aparıldıqdan sonra qan götürülüb.
Toplanan qan ehtiyatları laborator müayinələrdən keçirildikdən sonra talassemiya xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsində istifadə olunacaq.
“Bazarstore” rəhbərliyi bu kimi humanitar təşəbbüslərin cəmiyyət üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq, gələcəkdə də sağlamlığın qorunması və ehtiyacı olan şəxslərə dəstək yönümlü sosial layihələrin davam etdiriləcəyini bildirib.
-
Qoroskop00:10Günün ulduz falı - Səmimiyyət ən böyük silahınız olacaq
-
Dünya5 Mart 23:12Bu ölkədə qırıcı təyyarə yoxa çıxdı
-
Magazin15 Mart 21:50Tolikin yeni layihəsi bəlli oldu
-
İnanc5 Mart 21:45Ramazanın 16-cı günü: Dua, imsak və iftar vaxtı
-
Sosial5 Mart 21:00Qapısı açıq evlərə girmək istəyirmiş - Video
-
ABŞ5 Mart 20:36İsrail Tehrana 13-cü zərbə dalğasını başlatdı
-
MDB5 Mart 20:25Tokayev Naxçıvana edilən dron hücumunu pislədi
-
Magazin25 Mart 19:50Məşhur ulduzun qolları qandallandı



























.jpg)



.jpg)






