Sosial
Nəsimi Nəbizadə reabilitasiya mərkəzi açır - İki şirkətlə danışıqlar gedir
Əməkdar jurnalist, keçmiş aparıcı Nəsimi Nəbizadə reabilitasiya mərkəzi açır.
Publika.az xəbər verir ki, bu barədə Oxu.az-a açıqlamasında Nəsimi Nəbizadə deyib.
O bildirib ki, hazırda bununla bağlı danışıqlar aparır: "Müalicədə olanda fikrim var idi ki, reabilitasiya mərkəzi açım. Müalicədən qayıdandan sonra bu barədə məsləhətləşmələr apardım və qərar verdim. Yaxın vaxtlarda bu layihəni reallaşdırmağa çalışacağam. Artıq bununla bağlı təkliflər də almışam, iki şirkətlə danışıqlar gedir. Yəqin ki, yaxın vaxtlarda razılıq əldə olunacaq və reabilitasiya mərkəzinin açılışını elan edəcəyik. Ümid edirəm ki, bu mərkəz narkotik və alkoqol asılılığından əziyyət çəkən bir çox şəxsə yardım edəcək".
Qeyd edək ki, N.Nəbizadə bir müddət əvvəl "Qurtuluş" reabilitasiya mərkəzində müalicə alıb. 4 aylıq müalicədən sonra o, mərkəzi tərk edib. Hadisədən bir neçə gün sonra məlum oldu ki, Sumqayıt Şəhər Prokurorluğu adıçəkilən mərkəzdə araşdırmalar aparıb və orada aşkarlanan qanunsuzluqlarla bağlı cinayət işi başlanılıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə "Qurtuluş" reabilitasiya mərkəzinin rəhbəri Ceyhun Salmanov və müəssisənin iki əməkdaşı saxlanılıb. Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə hər üç şəxs barəsində 2 ay 10 gün həbs qətimkan tədbiri seçilib.
-
Region9 Mart 22:20Hazırkı müharibənin fəsadları dünyanın hər yerində hiss olunacaq - Ərdoğan
-
Magazin19 Mart 21:37"Avroviziya" mahnımız təqdim olundu - Video
-
Region9 Mart 20:30Hələ də təxribatçı addımlar atılır - Ərdoğandan İrana çağırış
-
İnanc9 Mart 19:51Ramazanın 20-ci gününün duası - İftar və imsak vaxtları
-
Region9 Mart 19:26İranda bu şəxslərin əmlakları müsadirə ediləcək
-
Region9 Mart 18:12Türkiyədən İrana xəbərdarlıq
-
Region9 Mart 17:20Bu dəhliz Cənubi Qafqaza sülh gətirəcək: Brüsseldə elan edildi
-
Maraq dünyası9 Mart 16:58Rusiya otellərində "ölüm rəqəmi" həyəcanı: Onlara görə "4" silinir









.jpg)






























