Sosial
7 obyekt icarə müsabiqəsinə çıxarıldı
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi üzrə növbəti müsabiqəyə 7 obyekt çıxarılıb.
Publika.az xəbər verir ki, bu barədə Dövlət Xidmətindən bildirilib.
Qeyd edilib ki, obyektlərin aylıq icarə qiyməti 30 manatla 130 manat arasında dəyişir.
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən start qiyməti aşağı olan obyektlərin müsabiqə vasitəsilə icarəyə verilməsi davam etdirilir. Hazırkı müsabiqəyə çıxarılan 7 obyekt Sumqayıt və Bərdə şəhərlərində, Qusar, Sabirabad, Ucar və Xocavənd rayonlarında yerləşir. Təklif olunan qeyri-yaşayış sahələrinin aylıq icarə qiyməti 30 manatdan başlayır. Müsabiqədə daşınmaz dövlət əmlakını icarəyə götürmək istəyən fiziki və hüquqi şəxslər iştirak edə bilərlər. Yekunda müəyyən edilmiş şərtlər daxilində ən yüksək məbləğ təklif etmiş sifarişçiyə üstünlük veriləcək.
Sifarişçilər müsabiqədə iştirak etmək üçün 6 mart tarixinədək Əmlak Məsələləri Dövlət Xidmətinin aidiyyəti yerli ərazi şöbələrinə müraciət edə bilərlər. Müsabiqəyə çıxarılan əmlakların sahəsi, ünvanı, icarə qiyməti və digər məlumatlarla https://clck.ru/3RhdRF linki vasitəsilə tanış olmaq mümkündür.
-
Qoroskop01:40Günün ulduz falı: səbr ən güclü silahınız olacaq
-
Region9 Mart 22:20Hazırkı müharibənin fəsadları dünyanın hər yerində hiss olunacaq - Ərdoğan
-
Magazin19 Mart 21:37"Avroviziya" mahnımız təqdim olundu - Video
-
Region9 Mart 20:30Hələ də təxribatçı addımlar atılır - Ərdoğandan İrana çağırış
-
İnanc9 Mart 19:51Ramazanın 20-ci gününün duası - İftar və imsak vaxtları
-
Region9 Mart 19:26İranda bu şəxslərin əmlakları müsadirə ediləcək
-
Region9 Mart 18:12Türkiyədən İrana xəbərdarlıq
-
Region9 Mart 17:20Bu dəhliz Cənubi Qafqaza sülh gətirəcək: Brüsseldə elan edildi









.jpg)






























